Təhlükəsizliyin təminatı...
01.03.2025 [08:54]
Ümumdünya Mülki Müdafiə Günüdür
İnsan cəmiyyətinin inkişafı müxtəlif mənşəli fövqəladə hadisələrlə sıx bağlıdır. Fövqəladə hadisələr insanların məhvinə və iztirab çəkmələrinə, maddi və mədəni sərvətlərin yox olmasına, ətraf mühitin və insanların həyat tərzinin köklü şəkildə dəyişməsinə səbəb olur. Müharibələr və terror, istehsalatda, məişətdə və ümumilikdə, gündəlik həyatımızda baş verən qəzalar və fəlakətlər, təhlükəli təbiət hadisələri həyatımızın gündəlik hadisəsinə çevrilib.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarına əsasən hər il martın 1-i təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1972-ci ildə təşkilatın Baş məclisinin qərarı ilə müəyyənləşdirilib. Həmin gün münasibətilə mülki maarifləndirici tədbirlər təşkil edilir. Təşkilata dünyanın 50-dən çox ölkəsi üzvdür. Qeyd edək ki, beynəlxalq təşkilata üzv seçilən Azərbaycan 1993-cü ildən bu mötəbər qurumla sıx əməkdaşlıq içərisindədir.
Qurumun vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin-amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin azaldılmasıdır. Tədbirlərin hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdən ibarətdir.
Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanır. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan hücum, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Əhalinin hazırlığı...
Respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması atılan mühüm addımlardan biridir.
Fövqəladə hallar zamanı əhalinin xəbərdar edilməsi diqqətdə saxlanılaraq şəhər və rayonlarda quraşdırılan elektrik sirenlərinin sazlığı mütəmadi yoxlanılır. Respublikada mülki müdafiə işinin təşkili ilə bağlı obyektlərdə taktiki-xüsusi təlim, əməli məşğələ, konfranslar, maarifləndirici tədbirlər keçirilir. Mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığı və maarifləndirilməsi təmin edilir, ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi işləri davam edir. Fövqəladə Hallar Nazirliyi (FHN) əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilir.
Təbii və texnogen fəlakətlərə çevik və operativ reaksiya
FHN istənilən şəraitdə fövqəladə hallara cavab tədbirlərinin görülməsinə, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, hadisələrə çevik və operativ reaksiya verilməsinə hər zaman hazırdır. Nazirliyin əməkdaşları mülki müdafiə işində, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq göstərirlər.
Buna misal olaraq FHN-in xilasetmə dəstələrinin Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak etməsini göstərə bilərik. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi 2021-ci ildə Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi olub. Qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasa yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə yola salınan FHN-in 743 əməkdaşı fədakarlıqları ilə əsl qardaşlıq örnəyi nümayiş etdirib.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

