Qan xəstəliyi...
08.05.2025 [08:19]
Beynəlxalq Talassemiya Günüdür
Elə xəstəliklər var ki, anadangəlmədir. Belə xəstəliklər arasında talassemiyanı xüsusilə qeyd etmək yerinə düşər. Talassemiyada irsi faktorlar, həmçinin qohum evlilikləri də mühüm rol oynayır.
Məlumdur ki, irsi qan xəstəliyi olan talassemiya dünyanın bütün ölkələrində geniş yayılıb. Yeri gəlmişkən, bu gün - mayın 8-i Beynəlxalq Talassemiya Günüdür.
Talassemiya nədir?
Talassemiya qan xəstəliyidir. Qırmızı qan hüceyrələrinə təsir göstərən pozğunluqdur. Qanın içərisindəki oksigeni daşıyan hüceyrələr sümüklərin içərisində yaranır. Bunlar isə hemoqlabin adlandırılan molekul tərəfindən daşınır. Bunlar pozulanda isə oksigen çatmır və qansızlıq yaranır.
Simptomları...
Talassemiyanın simptomları müxtəlifdir. Ən çox rast gəlinən simptomlar isə bunlardır: Sümük deformasiyaları, tünd rəngli sidik, inkişafın gecikməsi, daimi yorğunluq, sarı və ya solğun dəri.
İki nəfər talassemiya daşıyıcısı evlənərsə...
Qohum nikahların genetik xəstəlikləri artırması faktdır. Araşdırmalar müəyyən edir ki, yad insanların evliliyindən doğulan uşaqların qüsurlu olma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir.
Talassemiya daşıyıcılarının bəzilərində yüngül qan azlığına təsadüf edilə bilər. Elə bu səbəbdən də çoxları talassemiyanın daşıyıcısı olduqlarını heç təsəvvürlərinə belə gətirmirlər. Onlar özlərini sağlam hiss etsələr də, xəstəliyin əlamətlərini uşaqlarına irsən ötürürlər. Əgər xəstəliyin daşıyıcıları olan iki nəfər bir-biri ilə evlənibsə, onda övladlarında talassemiyanın çox ağır forması hesab edilən “böyük talassemiya” inkişaf edir. Qeyd edək ki, hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNT-ni formalaşdırır. DNT-nin funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin sürətini daşıyırlar. Belə olan halda qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksək olur. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksəkdir. Yəni, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktorlardan biridir. Genetik xəstəliklər arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.
Azərbaycanda vəziyyət...
Talassemiyanın geniş yayıldığı ölkələr sırasında Azərbaycan da var. Hər il 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. Ümumilikdə isə əhalinin hər 12 nəfərindən biri xəstəliyin daşıyıcısıdır. Xəstəliklə bağlı ən çox müraciətlər isə Zaqatala, Şəki, Oğuz, Qəbələ. Ağdaş, Kürdəmir, Masallı, Lənkəran, Sabirabad rayonlarındandır. Həmin bölgələrdə talassemiya daşıyıcılarının çoxluğu nəticəsində xəstə uşaqların doğulması riski də daha çoxdur.
Ölkəmizdə son illər talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.
Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

