Azərbaycan cəmiyyəti Rusiyaya etiraz edir
02.07.2025 [10:39]
Yekaterinburqda azərbaycanlılara qarşı törədilən və ölümlə nəticələnmiş zorakılıq hadisələri Azərbaycan cəmiyyətində kəskin etirazla qarşılanır
Milli QHT Forumu bəyanat verib
Azərbaycan Milli QHT Forumu da Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb. Bəyanatda deyilir ki, biz Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq: “2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlar etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizm nümunəsidir. Faktlar, obyektiv təhlillər və çoxsaylı sübutlar göstərir ki, azərbaycanlılara qarşı bu cür cinayətlər çox vaxt rəsmi Moskvanın ən azı səssiz razılığı ilə sanksiyalaşdırılır. Azərbaycan Respublikası hər zaman Rusiya ilə mehriban qonşuluq, dostluq və tərəfdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirib. Bu mövqe ölkəmizdə dövlət təhsil müəssisələrində rus bölmələrinin mövcudluğunu saxlaması, Rusiya ilə güclü mədəni əlaqələrin inkişafı, rus məktəbləri, teatrları, mədəniyyət mərkəzlərinin sərbəst fəaliyyəti, Azərbaycanda rus icmasına göstərilən xüsusi diqqət və qayğı, eləcə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi ilə təsdiqlənir. Biz Azərbaycanın Rus İcmasının Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləməsini də təqdir edirik”.
Bəyanatda Milli QHT Forumu Azərbaycan dövlətini çağırıb ki, Rusiya tərəfindən azərbaycanlılara qarşı təhdid, hədə-qorxu və şantaj siyasətinin davam etdiyi indiki şəraitdə bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq və münasibətlər yenidən nəzərdən keçirilsin. Bu baxımdan, Mədəniyyət Nazirliyinin Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri, festivalları, tamaşaları, sərgiləri ləğv etməsi təqdir olunub. “Ötən ilin sonu Rusiya səmasında vurulmuş AZAL təyyarəsi ilə əlaqədar bu günə qədər də günahkarların müəyyən edilərək mühakimə edilməməsi göstərir ki, Rusiya hakimiyyəti bu dəhşətli cinayətlərin açılmasında maraqlı tərəf deyil. Biz şəffaflıq, ədalət, qarşılıqlı hörmət tələb edirik. Yekaterinburq şəhərində baş vermiş sonuncu cinayət əməli də yalnız Səfərovlar ailəsini deyil, bütün Azərbaycanı sarsıdır. Hər birimiz özümüzü Səfərovlardan biri hesab edirik”,-deyə bəyanatda vurğulanıb.
Abutalıb Səmədov: Bu hadisə vəhşilikdir və hüquqla heç bir əlaqəsi yoxdur
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda törətdiyi vəhşiliyin hüquqla heç bir əlaqəsi yoxdur. Onun fikrincə, bu, siyasi sifarişdir və həmin orqanlar da onu icra ediblər: “Guya onlar uzun illər əvvəlki cinayət işi ilə bağlı belə əməliyyat keçiriblər. Amma hadisənin 2001-ci ildə törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. Sadəcə, siyasi sifarişi yerinə yetiriblər. Bəs niyə bu sifariş edilib? Çünki burada Azərbaycan hakimiyyətinin Rusiya tərəfindən AZAL-a məxsus mülki təyyarənin vurulması ilə bağlı prinsipial mövqeyi dayanır. Hökumətimizin mövqeyi bundan ibarətdir ki, təyyarəni vuran günahkarlar cəzalanmalı və təzminat ödənməlidir. Yəqin, Rusiyada elə hesab edirdilər ki, müəyyən bəyanatlardan, üzrxahlıqdan sonra hadisə unudulacaq. Amma yanıldılar. Hətta Azərbaycan Prezidenti 9 mayda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Moskvada keçirilən paradda iştirak etmədi. O vaxtdan aydın idi ki, Rusiya Azərbaycana qarşı hansısa addımlar atmağa cəhd göstərəcək”.
Həmsöhbətimiz deyib ki, Rusiyanın təxribat cəhdləri sırasında əmək miqrantlarına təzyiqlər, beynəlxalq müstəvidə Fransa ilə birgə hansısa addımlar və s. gözlənilə bilərdi. Lakin bütün bunların əksinə olaraq, Yekaterinburqda belə bir cinayət baş verdi. “Prosesi izləyən hər kəs bilir ki, burda nə hüquqdan, nə də xidməti əməliyyatdan danışmaq mümkün deyil. Vəhşiliyin səviyyəsi o qədər böyük olub ki, buna başqa ad vermək mümkün deyil. Rusiyanın düşüncəsinə görə, guya bizə xəbərdarlıq edir və mesaj verir ki, başqa addımlar da ata bilər. Amma gözləmədiyi halda Azərbaycan kəskin mövqe tutdu. Dövlətimizin prinsipial mövqeyi bundan sonra da belə davam edəcək”,-deyə A.Səmədov söyləyib.
Ayaz Salayev: Bizə “kiçik qardaş” kimi baxan Rusiyaya qarşı qətiyyətimizi göstərməliyik və göstəririk
“Rusiyada azərbaycanlılara qarşı belə münasibət sovet dövründə də var idi. Onlar bizə sovetlər zamanında olduğu kimi “böyük qardaş” və ya “kiçik qardaş” məntiqi ilə yanaşmamalıdırlar”. Bu fikirləri isə Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev qəzetimizə açıqlamasında deyib. O, 1977-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil almağa getdiyini xatırladaraq, o zaman da azərbaycanlılara mənfi münasibət göstərildiyini xatırladıb: “Mən Moskvada yaşamışam, oxumuşam, belə halları gözəl bilirəm. Tarixçi olmasam da, bir hadisəni xatırlatmaq istəyirəm. İkinci Dünya müharibəsi zamanı rus dilini bilməyən azərbaycanlıları cəbhədə güllələyirdilər. Sonra bu problemin həlli üçün milli diviziyalar yaradıldı. Görürsünüz, problem hələ o vaxtlar var idi”.
Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş cinayəti pisləyən A.Salayev dövlətimizin və cəmiyyətimizin b hadisə ilə bağlı mövqeyini dəstəkləyib. “Biz Rusiyaya qarşı mövqeyimizi göstərməli idik, onu da göstərdik. Düşünürəm ki, Azərbaycan tərəfindən atılan addımlar tamamilə düzgündür. Bizə hələ də “kiçik qardaş” kimi baxan Rusiyaya qarşı qətiyyətimizi göstərməliyik və göstəririk”, -deyə, o vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

