BDYPİ ilə NİİM Bilik Günü ilə əlaqədar valideyn və tələbələrə müraciət edib
11.09.2025 [11:26]
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 15 Sentyabr-Bilik Günündə yollarda tıxac və sıxlığın yaranmaması üçün müvafiq tədbirlər görür və bu istiqamətdə işlər həmin gün də həyata keçiriləcək.
Bu barədə adıçəkilən qurumlardan AZƏRTAC-ın mövzu ilə bağlı sorğularına verilən cavablarda bildirilib.
BDYPİ-dən diqqətə çatdırılıb ki, sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, polis, o cümlədən DYP tərəfindən zəruri təşkilati-əməli işlər görüləcək, şəxsi heyət gücləndirilmiş iş rejimində çalışacaq. “Lakin yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər, yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə səmərəli nəticə verə bilər. Təsadüfi deyil ki, təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması, məhz həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır. BDYPİ bununla yanaşı, təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, ələlxüsus övladlarını məktəbə fərdi minik avtomobilində aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəsli isə yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır”, - deyə idarədən bildirilib.
NİİM-dən vurğulanıb ki, təcrübə hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlərin və ya özü sükan arxasında əyləşən əksər tələbələrin yol hərəkəti qaydalarına əməl etmədiyini göstərib. Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəssisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə səbəb olur. “NİİİM-in əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılır. Məktəblərdə dərslərlə əlaqədar nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumat verilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq ediləcək. Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, xüsusi olaraq ayrılmış yerlərdə park etsinlər, nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar”, - deyə mərkəzdən bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

