“Suqovuşan” su anbarı: 96 min hektar sahənin su təminatı yaxşılaşıb
15.01.2026 [14:28]
Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı fonunda Azərbaycan dövləti su ehtiyatlarının idarə olunmasını milli təhlükəsizliyin prioriteti elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə su itkilərinin qarşısının alınması və alternativ su mənbələrindən istifadə üzrə mühüm strateji proqramlar icra olunur. Xüsusilə işğaldan azad edilmiş ərazilərin zəngin su potensialının ölkənin ümumi su sisteminə inteqrasiyası iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət daşıyır.
1976-cı ildə istismara verilən “Suqovuşan” su anbarı və magistral kanallar regionda su təminatında mühüm rol oynayır. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetr, bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.
Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarında ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. İşğaldan azad olunduqdan sonra su anbarında təmir-bərpa işləri aparılıb ki, nəticədə əkinlərin suvarılması işi yaxşılaşıb.
Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin baş mühəndisi Hafiz Səfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, işğal dövründə su anbarı bərbad vəziyyətə salınmışdı. İşğaldan azad olunduqdan sonra su anbarında bərpa işləri aparılıb. Anbar bütün hidrotexniki qurğuları ilə bərabər təmir edilib. Ərazidə inzibati bina və emalatxana da tikilib. “Suqovuşan” su anbarından ayrılan kanallarda da əsaslı təmir işləri aparılıb, hidrotexniki qurğular yenilənib.
Beləliklə, “Suqovuşan” su anbarından götürülən su kanallar vasitəsilə əkin sahələrinə çatdırılır, illərlə susuz qalan torpaqlara yeni həyat verilir.
Suqovuşan kimi mühüm su qovşaqlarının bərpası Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə yolunda atdığı addımlara nümunədir. Dövlətin həyata keçirdiyi bu layihələr kənd təsərrüfatında suyun səmərəli istifadəsini təmin edərək ərzaq təhlükəsizliyini möhkəmləndirir. Müasir su idarəetmə metodlarının tətbiqi həm də regionun ekoloji tarazlığının qorunmasına və iqlim dəyişikliyinin mənfi təsirlərinin minimuma endirilməsinə birbaşa töhfədir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

