/ / YAP Masallı rayon təşkilatı “20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirib
YAP Masallı rayon təşkilatı “20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirib
17.01.2014 [10:28]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunan “20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə 20 Yanvar faciəsi qurbanlarının və bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsinin baş vermə səbəbləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində dağılmaqda olan Sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilib. “Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli lider Heydər Əliyev olub. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Ulu öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib”.
Daha sonra çıxış edən YAP üzvü Sübhan Şiriyev deyib ki, Qanlı Yanvar faciəsi ilə bağlı Ulu öndər Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasından xəbər verirdi. O, həmçinin, bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsi olub: “Ulu öndərimiz Kommunist Partiyası sıralarından çıxmasına dair həmin ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan edirdi”.
Natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyev öz müraciətində həm də 20 Yanvar hadisəsinə siyasi qiymət verilməsini çəkinmədən SSRİ rəhbərliyindən tələb edib.
Tədbirdə çıxış edən YAP üzvlərindən Fəxrəddin Eyvazov, Bayram Əliyev, Namiq Miriyev, Sərxan Əhmədov və başqaları bildiriblər ki, Azərbaycan xalqı işğal altında olan torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. “Hər bir nailiyyətimiz, hər bir uğurumuz bizi Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda qələbəyə daha da yaxınlaşdırır. Hər bir Azərbaycan vətəndaşı, hər bir gənc ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin qisasını almağa və torpağlarımızı erməni işğalçılarından azad etməyə hər an hazır olmalıdır”, - deyə çıxışlarda vurğulanıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32

