3 ay ərzində 956 nəfər...
30.08.2023 [10:56]
Növbəti köç karvanı
Y.BAYRAMOVA
Azərbaycanın hərbi-siyasi üstünlüyü nəticəsində bir güllə atılmadan işğaldan azad edilən Laçın şəhəri 2021-ci il avqustun 26-da ermənilərdən təmizləndi. Bu gün Laçında və ətraf kəndlərdə erməni təcavüzünün ağır nəticələri aradan qaldırılır, düşmənin taladığı, dağıtdığı yurd yerləri yenidən dirçəldilir. Ölkə başçısının göstərişi ilə Laçında əhəmiyyətli infrastruktur yenidən qurulur, əhalinin öz evlərinə qayıdışı üçün tikinti-quruculuq işləri sürətlə aparılır. Dövlətimizin əsas məqsədi keçmiş məcburi köçkünləri tezliklə doğma diyara qaytarmaqdır. Bu gün həmin soydaşlarımız iftixarla deyir ki, Qarabağa və Şərqi Zəngəzura əbədi qayıdırıq və bundan sonra tarixi torpaqlarımızda əbədi yaşayacağıq...
Ötən il Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Ümumilikdə, Laçının bərpası istiqamətində böyük həcmdə işlər görülüb.
İlham Əliyevin vurğuladığı kimi, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.
İlk köç mayda olmuşdu
Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına mayın 27-dən başlanılıb. Bu zaman 20 ailə, yəni 97 nəfər Laçında yerləşdirilib. Bundan sonra iyunun 14-də 22 ailə (72 nəfər), 19-da 13 ailə (44 nəfər), 25-də 15 ailə (53 nəfər), iyul ayının 13-də 23 ailə (85 nəfər), 18-də 18 ailə (73 nəfər), ayın 22-də 22 ailə (79 nəfər), 25-də 19 ailə (89 nəfər), 28-də 16 ailə (56 nəfər), 31-də 12 ailə (53 nəfər), avqustun 9-da 23 ailə (93 nəfər), avqustun 20-də 11 ailə (22 nəfər), avqustun 25-də isə 20 ailənin (88 nəfər) Laçında məskunlaşması təmin olunub.
Daha 13 ailə doğma torpağına qovuşdu
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış davam edir. Dünən 13 ailə öz yurduna qayıtdı. Beləliklə, daha 52 sakinə doğma torpaqlarına qovuşmaq nəsib olub.
Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına ölkə başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib.
Uzun illər ərzində yurd həsrəti yaşamış insanların indi üzü gülür, çöhrələrində sevinc var. Onlar qürurla və ləyaqətlə doğma torpaqlara qayıdır, gələcək haqqında düşünürlər. Bənzəri olmayan, heç bir sözlə ifadə edilə bilməyən xoşbəxtliyə qovuşurlar.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

