/ / Anatoliy Rafailov: “Mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini şərtləndirən amillərdəndir”
Anatoliy Rafailov: “Mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini şərtləndirən amillərdəndir”
31.01.2024 [18:10]
“Azərbaycan bütün azadlıqların təmin edildiyi gənc, müasir, demokratik ölkədir. İnkişafın milli modelini yaratmış Azərbaycanda azad, şəffaf seçki mədəniyyətinin formalaşdırılmasına ciddi önəm verilir. Demokratik seçkilər Azərbaycanda siyasi sistemin başlıca göstəricilərindən biridir. Respublikamızın bu sahədə təcrübəsi mütərəqqi nümunəyə çevrilib”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Anatoliy Rafailov deyib.
Deputat bildirib ki, fevralın 7-də keçiriləcək prezident seçkilərinin bütün mərhələlərində şəffaflığın və bərabər imkanların təmin olunması deyilənlərin bariz nümunəsidir:
“Seçki prosesində bütün namizədlərin seçkiqabağı təşviqat kampaniyasını sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şərait yaradılıb. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq və yerli təşkilatlar aralıq hesabatlarında seçki mühitinin normal inkişaf tempini, qanunlara əsaslandığını xüsusi olaraq vurğulayırlar. Eyni zamanda, ölkəmizdə mükəmməl, müasir tələblərə və beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin mövcud olması beynəlxalq ekspertlər tərəfindən də etiraf edilir. Müvafiq seçki qurumlarının yüksək səviyyədə hazırlıq işlərini həyata keçirməsi, seçki komissiyalarının fəaliyyətinin müasir normalara uyğun qurulması, seçki prosesində yeni texnoloji imkanlardan istifadəyə geniş yer ayrılması təqdirəlayiqdir”.
A.Rafailov bildirib ki, mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini, seçicilərin öz iradə və rəylərini ifadə etmələrini şərtləndirən mühüm strateji amillərdəndir.
“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası seçkilərlə bağlı xüsusi bir ovqat yaradır. Hər bir vətəndaş bu seçkilərin ölkəmizin inkişafında yeni mərhələ formalaşdıracağına inamını ifadə edir”, - deputat əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

