Heydər Əliyevin həyatının unikal səhifələri
01.02.2024 [10:40]
Geniş dünyagörüşünə, yüksək intellektə, aydın düşüncəyə və məntiqə malik olan Heydər Əliyev elm, təhsil, siyasət, iqtisadiyyat, sənaye, təhsil, tarix, hüquq, ləyaqət, incəsənət və s. sahələrinin dərin bilicisidir. Bu mənada, onun bu sahələrlə bağlı fikirləri, mülahizələri çox önəmlidir. Elə bu baxımdan Heydər Əliyevin həm Azərbaycanda keçirilən müxtəlif səviyyəli rəsmi tədbirlərdə, həm də ayrı-ayrı xarici, ölkələrə səfərləri zamanı təşkil edilən görüş və yığıncaqlarda söylədiyi məruzələr, nitqlər və çıxışlar çoxcildli kitablar şəklində nəşr edilərək, geniş oxucu kütləsinə çatdırılmaqdadır.
Məlum olduğu kimi, görkəmli dövlət, elm və mədəniyyət xadimləri haqqında biblioqrafik informasiya mənbələri həmin şəxsin sosial həyatının, elmi-ədəbi fəaliyyətinin tədqiqində, onun öz əsərlərinin və haqqında yazılmış ədəbiyyatın yaddaşlara həkk olunmasında, indiki və gələcək nəsillərin biblioqrafik informasiya axtarışında misilsiz əhəmiyyət kəsb edir. Siyasi dövlət xadiminə həsr olunan biblioqrafik informasiya mənbələri həm də həmin şəxsin dünyagörüşünün, çoxcəhətli, ictimai-siyasi, ideoloji fəaliyyətinin cəmiyyətin inkişafında və dövlətçiliyin möhkəmləndirilməsində, beynəlxalq iqtisadi, elmi və mədəni alaqələrin genişlənməsindəki misilsiz rolunun təbliğində və yayılmasında mühüm vasitədir. Nüfuzlu biblioqrafiyaşünas alimlər biblioqrafik informasiya nəşrlərinin tarixin ayrı-ayrı mərhələlərində tədqiqatçılar və kitab həvəskarları üçün nadir və qiymətli çap əsərlərinə dair “Qırmızı kitab” rolu oynadığını iddia etməkdə yanılmırlar.
Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edildi. Bu tarixlə əlaqədar olaraq bütün sahələr üzrə qarşıya mühüm vəzifələr qoyuldu. Onlardan biri də dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdiyən bir sıra kitablar, jurnallar və müxtəlif nəşrlərin hazırlanması idi. Həmin kitablardan biri Ulu Öndərin ən yaxın silahdaşlarından biri, 91-lərin nümayəndəsi professor Şahlar Əsgərovun Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev haqqında yazdığı “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabıdır. Onun fenomenal və bənzərsiz adlandıra biləcəyimiz həyatının unikal səhifələri barədə düşüncələri, xatirələri mühakimə və mülahizələri kitabda yer alır. Kitab dahi şəxsiyyəti göründüyü kimi yox, olduğu kimi tanımaq məqsədilə yazılıb. Bu məlumat kitabı bütün həyatını öz xalqına xidmətə həsr etmiş görkəmli şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin əsas anlarını əhatə edir.
Kitab “UNEC” rəqəmsal mətbəəsində 2023-cü ildə çap olunub. Kitaba ön söz yazan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun da dediyi kimi, Heydər Əliyev irsi çox zəngindir və bugünkü milli dövlətimizin iqtisadi və ideoloji əsasını təşkil edir. Dörd fəsildən ibarət olan nəşrin birinci fəslində Heydər Əliyev haqqında düşüncələr öz əksini tapıb. Bu fəsildə yazarın Heydər Əliyevlə görüşlərindən, dünya liderlərinin Ulu Öndər haqqında fikirlərindən bəhs olunub. İkinci fəsildə zəmanəmizin nadir şəxsiyyətlərindən biri olan, dünya miqyasında tanınmış siyasətçi və dövlət xadimi Heydər Əliyevin xidmətləri və keçdiyi ömür yolu elmi əsaslarla dərindən və hərtərəfli tədqiq olunaraq oxucuya çatdırılır.
Üçüncü fəsildə Heydər Əliyevin fəaliyyət göstərdiyi dövrlərdə ərsəyə gətirdiyi əlayazmalar haqqında qeydlər yer alır. Nəhayət, sonuncu - dördüncü fəsildə mahiyyət və məna etibarilə uca olan, Vətən, xalq amalı ilə yaşayan Heydər Əliyevin həyat fəlsəfəsi, onun bəşəri dəyərlər xəzinəsinə töhfəsi, liberal-maarifçilik ideyaları, aforizmləri barədə bölmələrdə geniş məlumatlar qeyd edilib.
Kitabın son sözündə ümumi qeyd edilənlərin cəmi və analitik təhlili aparılaraq Heydər Əliyev haqqında 5 xüsusi məqam qeyd edilir. Burada o, ilk olaraq müasir Azərbaycan dövlətinin banisi və qurucusu kimi diqqətə çatdırılır. Digər tərəfdən, Ulu Öndərin həmvətənlərindən fərqli bir ömür yaşadığı qeyd olunur. Bundan əlavə Heydər Əliyevin iki dəfə hakimiyyətdə olduğu dövrdə birinci dəfə qurucu rəhbər, ikinci dövrdə isə filosof-prezident kimi xarakterizə olunduğu bildirilir. Son olaraq onun yaratmış olduğu zəngin irsdən, maddi dəyərlər məcmusundan söhbət açılır. Son sözün sonuncu cümləsi isə hər birimizin dilində şüara çevrilən məşhur bir kəlamla bitir: Mən fəxr edirəm ki, azərbaycanlıyam!
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

