“Yeddi fevral seçkiləri gələcəyə gedən yolun seçimi deməkdir”
01.02.2024 [15:51]
“Azərbaycanda fevralın 7-nə təyin olunmuş prezident seçkiləri gələcəyə gedən yolun seçimi deməkdir”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Sankt-Peterburq Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Niyazi Niyazov deyib.
Professor bildirib ki, Azərbaycan Respublikasının hazırkı daxili və xarici siyasəti dünyanın bir sıra güc mərkəzlərinin diqqətindədir.
O vurğulayıb ki, ölkədə indiyə qədər keçirilən seçkilərdə şəffaflıq və ədalətlilik prinsipləri qorunub: “İndi Azərbaycanda keçirilən seçkilər gələcəyə gedən yolun seçimi deməkdir. Gələcəyə gedən yolda bütün işlər asan başa gəlmir, bir sıra çətinliklər də olur. Amma Azərbaycan xalqı bir daha dünyaya göstərib ki, o, bütün çətinlikləri həll etməyi bacaran xalqdır. Fevral ayında keçiriləcək seçkilərdən sonra isə ölkəmizin qarşısında yeni və daha məsuliyyətli vəzifələr dayanacaq.
Bunların arasında ilk sırada 30 illik işğalına son qoyulan Qarabağın bərpası və yenidən qurulması, sülhə nail olmaq, yeni müttəfiqlərin axtarıb tapılması, onlarla lazımi səviyyədə əlaqələrin qurulması kimi prioritetlər dayanır. Bununla yanaşı, Azərbaycan dövləti ən əsas problemini həll etdikdən, yəni torpaqlarını işğaldan azad edəndən sonra gələcəyə gedən yolda digər məsələlərin həlli də vacib yer tutur ki, bunlardan biri də müasir idarəetmə sisteminin qurulmasıdır. Çünki bugünkü dünyada yeni texnologiyalar, süni intellekt tətbiq edilir. Artıq ölkədə bu istiqamətdə vacib addımlar atılır”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

