COP29 çərçivəsində karbonlaşma mövzusunda panel keçirilib
15.11.2024 [10:44]
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyə pavilyonunda “Polad sənayesinin gələcəyi: karbonlaşma, dairəvi iqtisadiyyat və ortaya çıxan problemlər” adlı panel keçirilib.
AZƏRTAC xəbər verir ki, panel İstanbul Mədən və Metal İxracatçı Birliklərinin (İMMİB) təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Türkiyə İxracatçılar Məclisi Baş katibinin müavini Kübra Ulutaş bildirib ki, təşkilat 150 mindən çox əmtəə və xidmət ixracatçılarını bir araya gətirir. “Avropa İttifaqı bizim ən böyük ticarət tərəfdaşlarımızdandır. Biz yaşıl çevrilmə prosesi edirik. Digər halda bazarlarımızı itirə bilərik. Bir çox sektor - dəmir-polad, alüminium, elektrik, gübrə, kimya, əsasən bu çevrilmə prosesini istiqamətləndirir. Biz bu sektorlarda transformasiya etməyə diqqət yetiririk. Sıfır tullantı səfərbərliyi barədə proqramlarımız da mövcuddur. Yeni maliyyələşdirilən layihələrimiz var. Həmçinin dövrilik və davamlı təchizat zəncirinin idarə edilməsi, digər qurumlarla uğurlu əməkdaşlığımız var”, - deyə o, əlavə edib.
Birləşmiş Millətlər Universitetinin böyük elmi işçisi Sanae Okamoto qeyd edib ki, universitet BMT-nin analitik, tədqiqat və təlim mərkəzidir. Universitetin dünya üzrə 13 kampusu olduğunu vurğulayan S.Okamoto deyib: “Hazırda çaışdığım kampus Hollandiyada yerləşir. Biz həm bilik bazasını, həm də yol xəritəsini yaratmağa çalışırıq. Yerli startaplar və kənd innovasiya ekosistemi üçün bəzi praktik alətlər istifadə edirik. Prosesin sürətləndirilməsində diqqət etməli olduğumuz beş əsas sahə var. Birincisi, fiziki kapitaldır. Yaşıl keçidə nail olanda sürətlənən kənd innovasiya ekosistemini dəstəkləmək üçün məkanın və icmanın olması çox vacibdir. İnkubasiya sistemlərinin mövcudluğu, düzgün işləyən avadanlıq və infrastrukturun, logistikanın, həmçinin regionda dəstəkləyici lokal şəbəkələrin olub-olmadığını yoxlamaq lazımdır”.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə heyətinin üzvü, “Vat enerji” şirkətinin baş direktoru Altuğ Karataş vurğulayıb ki, son 3 ildə rəsmi olaraq COP zirvələrinin hər birində iştirak edib.
“İş dünyasının verdiyi töhfəni cəmiyyətimiz yaradıb. Təbii ki, qalıq yanacaqlardan da istifadə olunur. Lakin transformasiya baş verir. Məqsədimiz istehsal olunan firmaların təmiz, bərpaolunan enerji almasıdır”,- deyə o, əlavə edib.
Digər çıxışçılar mövzu ilə bağlı geniş müzakirə apararaq öz fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

