Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Musa Quliyev: Gələn il icbari tibbi sığortanın coğrafiyası genişlənəcək

Musa Quliyev: Gələn il icbari tibbi sığortanın coğrafiyası genişlənəcək

28.11.2017 [10:21]

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyi bu ilin fevral ayından etibarən pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda İTS-nin tətbiqi üzrə layihəni uğurla həyata keçirir. Gələn il Azərbaycanda icbari tibbi sığortanın tətbiq ediləcəyi rayonların siyahısı genişlənəcək, lakin bütün ölkə ərazisində İTS-nin tətbiqi barədə yalnız 2019-cu ildə danışmaq mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev bu fikirləri jurnalistlərə müsahibəsində söyləyib. Onun sözlərinə görə, pilot layihənin həyata keçirilməsini davam etdirmək üçün büdcə vəsaiti ayrılıb.
Musa Quliyev sonda deyib: “Pilot ərazilər kimi hansı rayonların seçiləcəyini hələ deyə bilmərəm. Bundan əlavə, icbari tibbi sığortanın bütün ölkədə tətbiq edilməsi mexanizmi hazırlanır. Eyni zamanda, qanunvericiliyə dəyişiklər edilməsi planlaşdırılır. İTS-nin bütün ölkədə tətbiq edilməsinə hazır olmaq üçün yaxın vaxtlarda “İctimai Tibbi Sığorta haqqında” Qanuna əlavələr və dəyişikliklər ediləcək”.

Paylaş:
Baxılıb: 844 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31