Açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilir
21.02.2018 [10:05]
Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin ikinci növbəsinin tikintisi tamamlandıqdan sonra onun yükaşırma imkanları ildə 25 milyon ton yükə və 1 milyon konteynerə çatacaq
Müstəqil Azərbaycan həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində qonşu dövlətlərlə münasibətləri daha da sıxlaşdırmaq, regional əməkdaşlığa yeni sanballı töhfələr vermək əzmi nümayiş etdirir. Respublikamızın prinsipial mövqeyi belədir ki, Xəzər hövzəsi sülh və əməkdaşlıq regionuna çevrilsin, buradakı geniş iqtisadi və coğrafi üstünlüklər bütövlükdə bölgənin çiçəklənməsinə yönəldilsin. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan indiyədək Xəzər hövzəsi regionunun inkişafına xidmət göstərən bir sıra irimiqyaslı layihələrin yerinə yetirilməsinə həm siyasi, həm də maddi cəhətdən böyük dəstək nümayiş etdirib. Respublikamızda və onun hüdudlarından kənarda reallaşdırılan bu layihələr həm milli maraqlarımızın yüksək səviyyədə təmin edilməsi, həm də dost və tərəfdaş dövlətlərə dividendlər gətirməsi baxımından çox əhəmiyyətlidir. Hazırda isə Azərbaycan Xəzər sahilində daha bir irimiqyaslı layihəni reallaşdırmaq üzrədir. Söhbət Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksindən gedir. Burada həmçinin limanın ərazisi də daxil olmaqla azad iqtisadi zona yaradılır.
Azərbaycan Xəzər sahilində ən böyük ticarət limanına sahib olacaq
Ələtdə yeni limanın inşasına 2010-cu ildə start verilib. Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin əhəmiyyəti kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb.
Artıq liman fəaliyyət göstərir - 2014-cü ildə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib. Cari il yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin daha bir mühüm seqmentinin - Ro-Ro terminalının açılışı baş tutub. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.
Hazırda limanın birinci fazası üzrə tikinti işləri uğurla davam etdirilir. Limanın birinci fazası istifadəyə verildikdən sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələnin inşasının başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə çatacaq. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq.
Yeni limanın tikintisi çərçivəsində görülən işlər Xəzər dənizində üzən gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7-8 min tonadək gəmilər daxil olur. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin 7 metrdən 9 metrə qədər artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə çəkisi 12 min tona qədər olan gəmilərin də limana sərbəst yanalmasını təmin edəcək.
Ələtdə iqtisadi zonanın yaradılması Azərbaycana yeni dividendlər qazandıracaq
Azərbaycan özünün nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə və tranzit imkanlarının genişləndirilməsinə kompleks yanaşma sərgiləyir. Ümumiyyətlə, respublikamızda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ölkənin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, respublikada çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədi ilə görülən tədbirlərin miqyası kifayət qədər böyükdür. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması da mühüm əhəmiyyət daşıyır.
Yeni limanın və azad iqtisadi zonanın məhz Ələt qəsəbəsində yaradılması təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.
Ələtdə iqtisadi zonanın yaradılması Azərbaycana yeni dividendlər qazandıracaq. Hazırda “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncamdan irəli gələn məsələlərin icrası istiqamətində tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Mütəxəssislərin qənaətinə görə, Ələt qəsəbəsində yaradılan Azad Ticarət Zonası (ATZ) beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynayacaq. Lakin ATZ-nin yaradılmasının əhəmiyyəti yalnız beynəlxalq tranzit daşımalarla məhdudlaşmır. Ələtdə Azad Ticarət Zonasının yaradılmasının milli iqtisadiyyat perspektivi, o cümlədən də regionda iqtisadi aktivliyin artması baxımından da cəlbediciliyi kifayət qədər böyükdür. ATZ-nin fəaliyyəti tranzit daşımaları və yaxud alqı-satqı əməliyyatları ilə məhdudlaşmayacaq, əksinə, çoxistiqamətli olacaq. Belə ki, ATZ həm də yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna rol oynayacaq. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da daxil olduğu ATZ ilkin mərhələdə 400 hektar, daha sonra isə 1000 hektar ərazidə yerləşəcək. Burada əlavə dəyər yaradan istehsal və xidmət sahələrinin, o cümlədən neft-kimya, əczaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və digər istiqamətlər üzrə istehsalatların qurulması nəzərdə tutulub. Bir sıra hallarda xarici ölkələrdən xammal və yaxud yarımfabrikat halında gətirilən mallar ATZ-də qurulan müasir istehsalatlarda son məhsula çevriləcək.
Reallaşdırılan layihələr Azərbaycanın tranzit ölkə kimi mövqeyini gücləndirir
Qeyd olunanlardan da göründüyü kimi, Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək malik olduğu tranzit-logistika imkanlarından daha səmərli istifadə etmək üçün nəqliyyat sektoruna ciddi önəm verir, bu sahədə müasir infrastruktur yaradılmasına böyük həcmlərdə sərmayələr yönəldir. 2004-cü ildən bu günə qədər Azərbaycanda 12 min 300 kilometr avtomobil yolu, 443 körpü tikilib, 7 beynəlxalq hava limanı istifadəyə verilib. Hazırda Azərbaycanın 20-yə yaxın yük laynerinin cəmləşdiyi çox böyük yük təyyarəsi parkı var. Respublikamız Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir - 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımaların təşkili üçün mühüm rol oynayır. Bir neçə il bundan əvvəl Azərbaycan Xəzər sahilində böyük gəmiqayırma zavodu inşa etməyə nail olub. Bu zavodun texniki imkanları kifayət qədər genişdir və burada bütün növ gəmiləri istehsal etmək mümkündür.
2017-ci ildə nəqliyyat sektorunda ölkəmizin fəal iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılması mühüm tarixi hadisəyə çevrildi. Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətli layihədir. Uzunluğu təxminən 850 kilometr olan yolun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq. Ölkəmiz yeni nəqliyyat arteriyası vasitəsi ilə uzaq Çindən Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edəcək. Yeni dəmir yolu bağlantısı ilə yüklər 16-18 saata daşınacaq.
Tranzit məkan kimi ölkəmizin mövqeyini gücləndirən həm də o cəhətdir ki, buradan Şərq-Qərb marşrutuna paralel Şimal-Cənub dəhlizi keçir. Ölkəmizin ərazisindən keçən bu dəhliz Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək.
Azərbaycan Şərq-Qərb marşrutunda olduğu kimi, Şimal-Cənub dəhlizinin yaradılmasında da üzərinə düşən bütün işləri yüksək səviyyədə yerinə yetirir. Hazırda dəhlizin ayrı-ayrı hissələrinin tikintisi cədvəl üzrə davam etdirilir.
Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb.
Qeyd olunan bu və ya digər layihələr tranzit ölkə kimi Azərbaycanın mövqeyini gücləndirir. Ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi, yaradılan yüksək səviyyəli infrastruktur respublikamızın beynəlxalq daşımalar üçün cəlbediciliyini getdikcə daha da artırır. Beləliklə, açıq dənizə çıxışı olmayan Azərbaycan məqsədyönlü siyasət sayəsində Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30

