/ / Milli Məclisdə keçirilən görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Milli Məclisdə keçirilən görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
23.05.2014 [09:26]
Mayın 22-də Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olduğunu və qurum qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini bildirib. Cari ilin mayından Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə 6 ay müddətinə ilk dəfə sədrlik etməsinə diqqəti çəkən sədr bunun ikitərəfli əlaqələrin inkişafına töhfəsini verəcəyini deyib.
Parlamentin sədri qeyd edib ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə iki dəfə bu quruma sədrlik edib və ölkəmizin bu sahədə kifayət qədər təcrübəsi var. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də yüksək səviyyədə həyata keçirməyə çalışacaq.
O.Əsədov Azərbaycanın beynəlxalq təcrübələrə əsaslanan çox yaxşı qanunvericilik bazası olduğunu və bu sahədə Avropa Şurasının da daim ölkəmizə dəstək verdiyini qeyd edib.
Torbörn Yaqland ölkəmizə səfərinin onda xoş təəssürat doğurduğunu qeyd edib. O, Azərbaycanda çox sürətli inkişafın şahidi olduqlarını məmnunluqla vurğulayıb. Səfər çərçivəsində müxtəlif görüşlər keçirdiklərini deyən qonaq, xüsusilə “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib. Torbörn Yaqland vurğulayıb ki, ən müasir texnologiyalar əsasında fəaliyyət göstərən “ASAN xidmət” nadir bir təcrübədir və bu xidmət Avropa üçün yaxşı nümunə ola bilər.
Azərbaycanın bölgələrinə səfər etdiyini qeyd edən qonaq ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq və həmrəylik şəraitində yaşamasını yüksək qiymətləndirib.
Azərbaycan ilə Avropa Şurası arasında imzalanmış yeni fəaliyyət planının əhəmiyyətinə toxunan T.Yaqland bu sənədin gələcək əməkdaşlıq üçün çox geniş imkanlar açacağını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

