Azərbaycan və Gürcüstan Konstitusiya məhkəmələri arasında əməkdaşlığın inkişafı müzakirə edilib
11.07.2015 [10:53]
Ölkəmizdə səfərdə olan Gürcüstan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə iyulun 10-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını bildirib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Konstitusiya Məhkəməsi hakimlərinin və Aparatının əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Gürcüstan arasında bir çox sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Fərhad Abdullayev Gürcüstana səfəri zamanı bu ölkənin Konstitusiya Məhkəməsində səmərəli görüşlər keçirdiyini xatırladıb. Konstitusiya Məhkəməsinin sədri Gürcüstan nümayəndə heyətinin ölkəmizə səfərinin və Azərbaycanın konstitusiya nəzarəti orqanında səmərəli görüşlər keçirməsinin əhəmiyyətini yüksək qiymətləndirib.
Son illər ölkəmizin dinamik inkişaf etdiyini bildirən Fərhad Abdullayev bu tərəqqinin əsasını Ulu öndər Heydər Əliyevin qoyduğunu, dahi rəhbərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, bu inkişaf digər istiqamətlərlə yanaşı, məhkəmə-hüquq sahəsində də aşkar müşahidə edilir. Ölkəmizin həyatında mühüm hadisə olan ilk Avropa Oyunlarının keçirilməsinin əhəmiyyətini vurğulayan Konstitusiya Məhkəməsinin sədri deyib ki, Azərbaycan bu mötəbər idman yarışına yüksək səviyyədə ev sahibliyi etdi. Birinci Avropa Oyunları həqiqətən də böyük idman və dostluq bayramı oldu.
Fərhad Abdullayev diqqətə çatdırıb ki, müasir cəmiyyətdə konstitusiya nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Məhz bu baxımdan əməkdaşlığımızın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması çox vacibdir.
Yüksək qonaqpərvərliyə və dostcasına qəbula görə təşəkkürünü bildirən gürcüstanlı qonaqlar Azərbaycana səfərin və burada səmərəli görüşlər keçirilməsinin önəmini vurğulayıblar. Onlar Azərbaycan Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Qonaqlar hər iki qurum arasında təcrübə və əməkdaşlıq mübadilələrinin ikitərəfli əlaqələrin inkişafı baxımından vacibliyini qeyd ediblər. Nümayəndə heyətinin üzvləri Azərbaycan Konstitusiya Məhkəməsi əməkdaşlarının gürcüstanlı həmkarlarına daimi və fəal dəstəyini xüsusi vurğulayıblar. Gürcüstanlı qonaqlar Azərbaycanın sürətli inkişafına heyran qaldıqlarını və dost ölkənin uğurlarından sevinc duyduqlarını bildiriblər.
Qeyd edilib ki, bugünkü görüş ikitərəfli əməkdaşlığın səviyyəsinin yüksəlməsinin məntiqi nəticəsidir. Azərbaycan Konstitusiya Məhkəməsinin malik olduğu məhkəmə praktikası Gürcüstan Konstitusiya Məhkəməsi üçün çox önəmlidir.
Görüşdə Azərbaycan və Gürcüstan Konstitusiya məhkəmələrinin qəbul etdikləri son qərarlarla bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

