Rəcəb Tayyib Ərdoğan bir daha xatırlatdı: Şuşada Türkiyənin konsulluğu açılacaq
22.10.2022 [10:28]
NARDAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də ölkəmizə səfər edərək Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi, eləcə də digər tədbirlərə qatılması, Şərqi Zəngəzurun bərpası istiqamətində bir sıra layihələrin təməlini Azərbaycan Prezidenti
İlham Əliyevlə birgə atması dövlətlərimizin qardaşlığının növbəti bir nümunəsidir. Rəcəb Tayyib
Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyənin Şuşa şəhərində konsulluğunun açılacağını bildirib. Əslində, konsulluğun açılacağı barədə məlumatı Türkiyə Prezidenti ötən ilin iyun ayında Şuşa Bəyannaməsinin imzalanması mərasimi zamanı vermişdi. Bu məsələnin yenidən gündəmə gətirilməsi isə qardaş Türkiyənin müttəfiqlikdən doğan bütün addımları atacağını göstərir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. Dövlətlərarası strateji əlaqələrlə yanaşı, ortaq tarix və milli-mənəvi dəyərlər xalqlarımızın sıx birliyini və həmrəyliyini təmin edən amillərdir. Onun sözlərinə görə, Bakı ilə Ankara arasında diplomatik münasibətlərin qurulduğu 30 ildən artıq müddət bir çox əlamətdar hadisələrlə, önəmli məqamlarla zəngindir, elə tarixin özüdür: “Ötən dövrün mənzərəsinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, iki ölkə bu müddət ərzində əsrə bərabər inkişaf yolu keçib, dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri ən yüksək nöqtəyə - zirvəyə çatıb. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Bunlarla yanaşı, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər”.
Politoloq qeyd edib ki, Şuşada Türkiyənin konsulluğunun açılması tərəflər arasında müttəfiqlik bəyannaməsindən irəli gələn məsələdir: “Azərbaycan ilə Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşada Türkiyənin konsulluğunun açılmasının nəzərdə tutulması isə onu göstərir ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. O cümlədən, Şuşaya hansısa kənar xarici qüvvə başqa gözlə baxa bilməyəcək”.
Həmsöhbətimiz deyib ki, gerçəkliklər iki dost, qardaş, strateji tərəfdaş ölkənin ortaq siyasi iradəsini, birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini, əzmini əks etdirir. Bir daha sübuta yetirilir ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı bənzərsiz bir nümunədir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

