Kanada SEPAH-ı terror təşkilatı kimi tanıyıb
03.12.2022 [10:35]
“İnqilab keşikçiləri”ni bu statusda tanıyan ölkələrin sayı daha da arta bilər
N.BAYRAMLI
İranda sentyabrın ortalarından başlayan etiraz aksiyalarını amansızlıqla yatıran qüvvələrin önündə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gedir. 17 sentyabrdan indiyə qədər etiraz aksiyalarında 64-ü uşaq olmaqla 500 nəfərə qədər insanın öldürüldüyü bildirilir. Günahsız insanların qətlə yetirilməsində isə SEPAH xüsusi rol oynayır. Bundan başqa, bəzi təşkilatların indiyə qədər başqa ölkələrdə terror təşkil etməsinə də SEPAH ciddi dəstək verib. Ona görə də, dünyanın 5 ölkəsi- ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Artıq onların sırasına Kanada da qoşulub. Belə ki, bu günlərdə Kanada məhkəməsi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror qruplaşması siyahısına salındığını bildirib. Daha doğrusu, Kanadanın Ontario əyalətinin Ali Məhkəməsi İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb. Bundan əvvəl SEPAH-ın Əl-Qüds xüsusi bölməsi də belə tanınırdı. Bu qərar mərhum kanadalı vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcunun olması ilə bağlı aparılan proses zamanı verilib. Hakim İran şirkətinin sahibi Babək Zəncani SEPAH-ı maliyyələşdirməkdə ittiham olunduğu üçün borcun ödənilməməsinə qərar verib. Məhkəmə bəyan edib ki, bu borcun ödənilməsi Kanadanın antiterror qanunlarının pozulması deməkdir. Liberal hökumət uzun müddətdir ki, İranın 55-i Kanada vətəndaşı olmaqla 88 nəfəri daşıyan sərnişin təyyarəsini vurduqdan sonra SEPAH-ı Kanadanın terrorçu siyahısına salmaq çağırışları ilə üzləşib. SEPAH-ın həmçinin Rusiyaya Ukraynada pilotsuz təyyarələrlə zərbələr endirməsinə yardımı və İranda etiraz aksiyalarının zorakılıqla yatırılmasında fəal iştirak etdiyi də məlumdur. Bütün bu səbəblərdən Kanada məhkəməsi SEPAH-ı terror təşkilatı kimi tanıyıb.
Amma ağır cinayətlər törətdiyi və bir sıra terror təşkilatlarına dəstək verdiyi üçün İran İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu kimi tanıyan ölkələrin sayı yenə də arta bilər. Belə ki, SEPAH-ın Almaniya və Avropa İttifaqının terror təşkilatları siyahısına salınması mümkündür. Bu yaxınlarda Almaniyanın xarici işlər naziri Analena Berbok demişdi ki, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir. SEPAH dünyanın bir sıra ölkələrində hərbi toqquşmalarda da iştirak edib. Məsələn, SEPAH Suriya vətəndaş müharibəsində Bəşər Əsədin tərəfində döyüşüb. Bir ölkənin daxili işlərinə qarışan SEPAH-ın burada verdiyi itkilərin sayı çoxdur. SEPAH təkcə Suriya döyüşlərində 6 generalını itirib. 8 oktyabr 2015-ci ildə SEPAH generalı Hüseyn Həmədani Hələb yaxınlığında öldürülüb. Həmin il oktyabrın 12-də korpusun yüksək rütbəli hərbi rəhbərləri general-mayor Fərşad Xasunizadə və briqada generalı Həmid Möhtərbənd Suriyada gedən döyüşlərdə həyatını itirib. Bundan başqa, Suriyada təşkilatın Fatemiyun diviziyasının briqada generalı Rza Xavəri də öldürülən generalların siyahısındadır. 3 yanvar 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani ABŞ Hərbi Hava Qüvvələrinin prezident Donald Trampın icazəsi ilə Bağdad Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
Ümumilikdə, SEPAH İranın bütün ərazilərini nəzarət altında saxlayır. Təşkilatın İran ərazisində 16 qərargah və şurası fəaliyyət göstərir. Onlar da öz növbəsində inzibati bölgələrə, baza və postlara bölünür. Bu isə zorakılıq və qətliamlar törədən SEPAH-ın bütün prosesləri ələ almasına kömək edir. Bundan başqa, SEPAH-ın milyonlarla üzvü olan casus şəbəkəsi də ona bu işdə yardımçı olur. SEPAH İran qoşunlarını da tam nəzarəti altında saxlayır. Hətta hərbi sistemdə belə hansısa bir etiraz həmin şəxsin ölümünə yol aça bilər. Bütün bunlar bir daha SEPAH-ın nə qədər qorxunc, qəddar təşkilat olduğuna dəlalət edir. Xarici ölkələrdə bir sıra terror aktlarının törədilməsinə dəstək verən “inqilab keşikçiləri” üç aya yaxındır ki, İran vətəndaşlarına, dinc insanlara görünməmiş dərəcədə zülm edir. Bütün bunların fonunda dünyada SEPAH-ı terror təşkilatı kimi tanıyan ölkələrin sayının daha da artması realdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

