/ / Beyləqan rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi
Beyləqan rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi
18.11.2025 [16:01]
Beyləqan rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Beyləqan rayonunda ucaldılmış abidəsi ziyarət olunaraq Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edildi.
Daha sonra tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi.
Ardınca YAP-ın yaradılmasının 33 illiyinə həsr edilmiş videoçarx nümayiş olundu.
Tədbirdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək bildirdi ki, ölkəmizin ictimai - siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi çox mühüm bir ərəfədə - Konstitusiyamızın qəbul olunmasının otuzuncu, Qələbə günümüzün isə beşinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbaycanın son illərdə qazandığı böyük naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyət ilə bilavasitə bağlıdır. Yeni Azərbaycan Partiyasının 33 illik tarixi Azərbaycanın dövlət müstəqilliyinin inkişafı tarixidir. 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan unudulmaz tarixi bir gündür. Həmin gün yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olmaqdan xilasının əsası qoyulub.
Müşfiq Səfərov qeyd etdi ki, Vətən savaşındakı şanlı qələbədən sonra ölkədə aparılan islahatlar fonunda 05 mart 2021-ci il tarixdə Partiyanın VII Qurultayının keçirilməsi ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsasını qoymuş, demokratik ənənələrin inkişafına ciddi töhfə vermişdir. Bu gün Yeni Azərbaycan Partiyası sistemli şəkildə yeni idarəetmə modelini özündə ehtiva edən bir çox mühüm addımlar atmaqdadır.
Tədbirdə çıxış edən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində 550 nəfər nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu xalqın dahi rəhbərə böyük inamının, onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. Yeni Azərbaycan Partiyası yaranmasaydı və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi ölkəmiz tamamilə fərqli tale yaşayacaqdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı. İslahatlar həyata keçirildi, separatizimin qarşısı alındı. Azərbaycanın bu gün ki, inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. Beləliklə Partiyanın VII Qurultayında qeyd edildiyi kimi Yeni Azərbaycan Partiyası əsl ümumxalq partiyasına çevrildi.
Əziz Əzizov çıxışında qeyd etdi ki, bu gün 33 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 730 mindən artıq insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəsti xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası 33 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbəsi ilə heç bir seçkidə rəqib tanımadı. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyasının qazandığı qələbə bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamının ifadəsidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir.
Sonra çıxış edənlər: Beyləqan rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Bayram Muradov, veteran partiya üzvü Bakir Həsənov qeyd etdilər ki, tarixin nadir şəxsiyyətlərindən biri olan dahi rəhbər Heydər Əliyevin müdrik, alternativi olmayan siyasəti bu gün də yaşayır və onun elmi təməllərə söykənən inkişaf strategiyası Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilir. Ümummilli Lider Heydər Əliyev ideyalarının qurucusu və davamçısı Prezident İlham Əliyevin sayəsində Azərbaycan regionun lider dövlətinə , dünyanın sabit və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bu uğurların əsasında xalqa xidmət etmək məharəti dayanır. Azərbaycan vətəndaşları dərindən inanır ki, bundan sonrada uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının uğurları ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə “Fəxri Fərman”, YAP sıralarına yeni qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim olundu.
Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirildi.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46

