/ / Prezident İlham Əliyevin strateji baxışı və güclü dövlət konsepsiyası müasir Azərbaycanın inkişafının əsasını təşkil edir
Prezident İlham Əliyevin strateji baxışı və güclü dövlət konsepsiyası müasir Azərbaycanın inkişafının əsasını təşkil edir
22.12.2025 [16:02]
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən praqmatik, çoxşaxəli və milli maraqlara söykənən siyasət Azərbaycanın regionda aparıcı gücə çevrilməsini təmin etmiş, ölkəmizi beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu gün Azərbaycan təkcə regional proseslərdə deyil, daha geniş geosiyasi məkanda söz sahibi olan güclü dövlət kimi çıxış edir.
Tarix boyu formalaşmış dövlətçilik ənənələrinin müasir və dayanıqlı dövlət modelində reallaşması üçün yalnız obyektiv imkanlar deyil, həm də güclü siyasi iradə və lider amili həlledici rol oynayır. Liderlik keyfiyyətlərindən məhrum olan xalqlar, hətta əlverişli şəraitdə belə, müstəqilliklərini möhkəmləndirə bilmirlər. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm klassik liderlik prinsipləri, həm də müasir idarəçilik tələbləri prizmasından yanaşdıqda əsl dövlət başçısına xas bütün keyfiyyətləri özündə birləşdirən siyasi xadim kimi çıxış edir. Onun siyasi simasının əsas cizgilərindən biri vətənpərvərliyi, quruculuğu və milli maraqlara sarsılmaz bağlılığıdır.
Azərbaycan xalqının 22 il əvvəl etdiyi seçim zaman keçdikcə öz doğruluğunu tam təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun layiqli davamçısı kimi Prezident İlham Əliyev ölkəni qısa müddətdə siyasi, iqtisadi və hərbi baxımdan güclü dövlətə çevirdi. Bu güc Azərbaycanın tarixində misli görünməmiş hadisəyə – Qarabağın 30 illik işğalına cəmi 44 gün ərzində son qoyulmasına imkan yaratdı. Bu Zəfər xalqımızın yaddaşına əbədi həkk olunan, milli qürur və şərəf rəmzinə çevrilmiş tarixi hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə aparılan sistemli və ardıcıl islahatlar Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipinə əsaslanan siyasət nəticəsində neft strategiyası uğurla davam etdirilmiş, “Əsrin müqaviləsi”nin məntiqi davamı olaraq irimiqyaslı enerji layihələri həyata keçirilmişdir. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərləri, Cənub Qaz Dəhlizi, TANAP kimi layihələr Azərbaycanın enerji təhlükəsizliyində strateji rolunu möhkəmləndirmişdir. Bununla yanaşı, ölkə beynəlxalq nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birinə çevrilmiş, Bakı–Tbilisi–Qars dəmir yolu regionlararası əlaqələrin inkişafına mühüm töhfə vermişdir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində Azərbaycan təkcə enerji deyil, həm də kosmik sahədə mühüm nailiyyətlər əldə etmişdir. Milli peyklərin orbitə çıxarılması ölkənin elmi-texnoloji inkişafının göstəricisi olmaqla yanaşı, milli təhlükəsizlik və informasiya müstəqilliyinin möhkəmləndirilməsinə xidmət etmişdir. Məhz bu güclü iqtisadi baza Vətən müharibəsində Qələbənin əldə olunmasında həlledici amillərdən birinə çevrildi.
Dövlət başçısının xarici siyasətində Qarabağ məsələsi daim əsas prioritet olmuşdur. Beynəlxalq tribunalarda səsləndirilən prinsipial mövqe, diplomatik nümayəndəliklər qarşısında qoyulan konkret vəzifələr Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi. Nəticədə beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəkləndi. Paralel olaraq, ordunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü, Silahlı Qüvvələr müasir silahlarla təchiz olundu, hərbi əməkdaşlıq genişləndirildi. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Vətən müharibəsinə gedən yol təsadüfi deyildi. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvan istiqamətində əldə olunan uğurlar ordumuzun döyüş qabiliyyətini nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları isə “Dəmir yumruq” adı ilə tarixə yazıldı və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu Qələbə xalqımızın 30 illik həsrətinə son qoydu.
Prezident İlham Əliyev müharibə dövründə təkcə Ali Baş Komandan deyil, həm də informasiya cəbhəsinin əsas lideri kimi çıxış etdi. Xarici mediaya verdiyi müsahibələrdə dəqiq arqumentlərə əsaslanan mövqeyi Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Onun siyasi iradəsi ilə formalaşan iqtisadi, hərbi və diplomatik gücün vəhdəti Qarabağ problemini tarixə qovuşdurdu və regionda yeni reallıqlar yaratdı. Postmüharibə dövründə də təşəbbüs Azərbaycandadır. Prezident İlham Əliyevin qətiyyətli qərarları nəticəsində 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror tədbirləri dövlət suverenliyinin tam təmin olunması ilə yekunlaşdı. Bu hadisələr bir daha göstərdi ki, ölkə başçısı strateji qərarları vaxtında və dəqiqliklə qəbul etməyi bacaran liderdir. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur, yaşayış məntəqələri bərpa edilir. “Böyük Qayıdış” proqramı uğurla icra olunur və yüzlərlə ailə artıq doğma yurduna qayıdıb. Prezident İlham Əliyev müharibədə olduğu kimi, sülh və quruculuq mərhələsində də eyni qətiyyət və əzmkarlıq nümayiş etdirir.
Beləliklə, Prezident İlham Əliyev Ulu Öndərin siyasi vəsiyyətini layiqincə yerinə yetirmiş, xalqına verdiyi sözü tutmuş, güclü Azərbaycan dövləti quraraq düşməni onunla hesablaşmağa məcbur etmişdir. O, müdrik lider, böyük strateq və qalib sərkərdə kimi adını Azərbaycanın şanlı tarixinə əbədi həkk etdirmişdir. Son 22 il isə müasir Azərbaycan tarixində bənzəri olmayan uğurlar dövrü kimi dəyərləndirilə bilər.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48

