Azərbaycan haqqın, ədalətli sülhün tərəfdarıdır
19.10.2022 [13:28]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında iştirak edib. AQEM-in Zirvə Toplantısının plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdıldığı, təhqir və talana məruz qaldığını iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu. Əslində dövlət başçısının AQEM platformasından çıxışı ölkəmizin haqq səsinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edirdi. Zirvə toplantısında iştirak edən bəzi qonşularımızın yenə də “erməni dəyirmanına su tökməsinin” qarşısının alınması istiqamətində atılmış daha təsirli addımlardan biri idi.
Toplantıda bir daha Azərbaycan öz torpaqlarını iki il əvvəl qələbə nəticəsində Ermənistan işğalından azad etməklə, 30 il davam edən Qarabağ münaqişəsinə son qoyduğu, tarixi ədalətin bərpa edildiyi vurğulandı. Həmçinin, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən, kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özünün təmin etdiyi qeyd olundu. Bu həm də o demək idi ki, 30 il ərzində biz erməni cəmiyyətinin, eləcə də beynəlxalq ictimaiyyətin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik. Əksinə, erməni işğalçılarına bəzi qərb dövlətləri və donorları tərəfindən daha çox vəsait ayrılır və həmin vəsaitin böyük əksəriyyəti Qarabağın Azərbaycandan bir dəfəlik qoparılması üçün sərf edilirdi. Müharibədən ötən iki illik dövr dediklərimizin əyani sübutudur. Ötən müddətdə iki yüz əllidən artıq vətəndaşımız işğaldan azad olunmuş ərazilərdə mina partlayışlarının qurbanı olub. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu onu sübut edir ki, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb.
Ermənistan iqtidarının və cəmiyyətinin son iki il ərzində qeyri-adekvat addımları Rusiya və İran Prezidentlərinin iştirak etdiyi toplantıda bir daha vurğulandı. Qeyd olundu ki, Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. “Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarışını da ermənilərə güzəştə getməyəcək. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, ikinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin etmiş Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Bu məsələdə Azərbaycan haqqın, ədalətli sülhün tərəfdarı olduğunu göstərir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

