/ / Şəmkirdə “Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir” mövzusunda tədbir keçirildi.
Şəmkirdə “Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir” mövzusunda tədbir keçirildi.
08.05.2026 [17:07]
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Qazax–Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəb ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirildi.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavinləri Süleyman Zeynallı, Aynur Abdullayeva, Qazax–Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, İcra Hakimiyyəti və rayon təşkilatının əməkdaşları, partiya fəalları və məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz roldan danışaraq onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxladığını və bugünkü inkişaf səviyyəsinə çatdırdığını qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərinə geniş şəkildə toxunaraq onun çoxşaxəli fəaliyyətini və xalq qarşısındakı tarixi missiyasını ətraflı şərh edib. F.Vəliyev həmçinin qeyd edib ki, Ulu Öndərin daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan qlobal miqyasda tanınan və hörmət edilən dövlətə çevrilib.
Daha sonra Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Zeynallı çıxış edərək bildirmişdir ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hər zaman böyük ehtiyac olacaq. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Ulu Öndər nəinki xalqımızın, həm də bütünlükdə müsəlman aləminin, türk dünyasının ən böyük tarixi şəxsiyyətlərindəndir.
Çıxış edən digər partiya fəallarından Pərviz İbrahimov, Pərvin Gözəlov Heydər Əliyevin ölkə quruculuğu sahələrindəki fəaliyyətindən bəhs ediblər və onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan nəinki regionda lider dövlətdir, həmçinin böyük bir coğrafiyanı əhatə edən məkanda söz sahibi kimi böyük nüfuza malikdir.
Tədbirin bədii hissəsində Ə.Cavad adına tam orta məktəbin şagirdləri tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Sonda Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən məktəb şagirdlərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.
Xəbər lenti
Hamısına baxMEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50

