Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / COP29 / Qazaxıstan Prezidentinin müşaviri: COP29-da ən yüksək səviyyədə iştirak etməyə hazırlaşırıq

Qazaxıstan Prezidentinin müşaviri: COP29-da ən yüksək səviyyədə iştirak etməyə hazırlaşırıq

16.09.2024 [15:35]

COP29-un regionumuza yaxın ölkədə keçiriləcəyi bizi çox sevindirir. Bu tədbir Azərbaycanın aktual iqlim problemlərinin həllində liderliyini nümayiş etdirməsi baxımından əla imkandır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstan Prezidentinin müşaviri Zülfiyyə Suleymenova deyib. O əlavə edib: “COP29 regionumuz üçün iqlim dəyişikliyinin yaratdığı problemlər haqqında dünyaya məlumat vermək və həyata keçirdiyimiz tədbirləri nümayiş etdirmək baxımından unikal imkandır. Ölkələrimizin hər biri istixana qazı emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün mühüm səylər göstərir”.

Z.Suleymenova qeyd edib ki, Qazaxıstan tərəfi iqlim dəyişikliyi ilə mübarizədə gördüyü konkret addımlar barədə danışmaq niyyətindədir: “Qazaxıstan Azərbaycanla yeni mövzuların, məsələn, Xəzər dənizi ilə bağlı çağırışların formalaşdırılmasında əməkdaşlığa hazırdır”.

Onun sözlərinə görə, Qazaxıstan bu mühüm tədbirdə ən yüksək səviyyədə iştirak etməyə fəal şəkildə hazırlaşır. “Bizim gözləntilərimiz böyükdür və əminik ki, Azərbaycan bu mühüm tədbirdə qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələcək”, - deyə o əlavə edib.

Qazaxıstan Prezidentinin müşaviri iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün əhəmiyyətli maliyyə resurslarına ehtiyac olduğunu vurğulayıb və ölkələrin bu məsələdə qarşılıqlı məqbul həll yollarına nail olacağına ümid etdiyini bildirib.

Paylaş:
Baxılıb: 363 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31