Beynəlxalq birlik Azərbaycanın təşəbbüslərini dəstəkləyir
08.02.2025 [10:12]
COP29-da qəbul olunan qərarlar BMT səviyyəsində təqdir edilir
Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb. Milli Məclis müvafiq qanunlar qəbul edib.
Azərbaycan yaşıl enerji istiqamətində vacib addımlar atır
Görülən işlər nəticəsində ekologiyamızın və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yaşıl enerji zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Lakin bəhs etdiyimiz qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada, Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunması da dünya dövlətlərinin ölkəmizin bu istiqamətdə səylərinin və töhfələrinin nəticəsi idi. Ötən ilin noyabr ayında Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etməklə iqlim dəyişiklikləri ilə mübarizədə öhdəliklərə sadiq olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.
Bu tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti sübutu idi. Azərbaycan COP29-a uğurla ev sahibliyi etməklə bu mötəbər tədbirlə bağlı göstərilən etimadı layiqincə doğrultdu. İstər qonaqların tədbirin yüksək səviyyədə təşkil olunması barədə fikirləri, istərsə də Bakıda qəbul olunan mühüm qərarlar bunun sübutudur.
BMT nümayəndəsi: Bakıda razılaşdırdığımız yeni qlobal hədəf...
Bakıda keçirilən COP29-da qəbul olunan qərarların önəmi və icrasının vacibliyi beynəlxalq birlik tərəfindən də vurğulanır. Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil Braziliyada Riu-Branku İnstitutunda keçirilən “Təmiz enerjiyə keçidin qarşısını almaq artıq qeyri-mümkündür: maliyyə yol xəritəsi, adaptasiya və ədalətli keçid əsas amillərdir” adlı konfransda çıxışı zamanı bildirib ki, Bakıda razılaşdırdığımız iqlim maliyyələşdirilməsi üzrə yeni qlobal hədəf irəli doğru vacib addımdır: “Təbii ki, ilkin formasında bütün ehtiyacları ödəyə bilməyəcək. Ancaq 300 milyard dollar ilkin mərhələdir. İnkişaf etməkdə olan ölkələrə daha çox maliyyə vəsaiti ayrılmalıdır, çünki onlar xarici borcları ödəmək üçün ayırdıqları yüksək sərfiyyat və yüksək kapital dəyəri ilə mübarizə aparmağa məcburdurlar”.
“On il əvvəl Parisdə maliyyə vəsaitlərinin yönləndirilməsi ilə bağlı razılığa gəldik. Qərara alındı ki, bütün maliyyə axınları iqlim öhdəliklərimizə uyğun olmalıdır. Beynəlxalq maliyyə sisteminin yenidən istiqamətləndirilməsi çətin işdir. Lakin bu il qarşımıza məqsəd qoymuşuq ki, addım-addım 1,3 trilyon dollar həcmində maliyyələşdirməni necə təmin edəcəyimizi müəyyənləşdirək. Hər bir ölkədə uğurun məcburi şərti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gətirdiyi böyük faydalara hər kəsin ədalətli çıxışının təmin edilməsidir. Ona görə də 2025-ci ildə dəyişiklik əsas istiqamətə çevirilməlidir”, - deyə BMT İDÇK icraçı katibi vurğulayıb.
S.Stil deyib ki, nəticələrə nail olmaq üçün koalisiyaların yaradılması on ilin həlledici dövrüdür. Onun sözlərinə görə, bu müddətdə ölkələr daha böyük fayda əldə etmək üçün liderlər sırasında olmağa can atacaqlar: “COP sammitlərində hər bir ölkənin bütün istəyi qəbul olunmur. Hər məsələ ilə bağlı yekdil olmaq lazımdır. Səhnə arxasında bütün gücünü səfərbər edərək strateji vacib addım atan koalisiyalar haqqında eşidəndə inanıram ki, bu güc istər tropik meşələrlə bağlı olsun, istər birja, istər ədalətli mənfəət tələb edən vətəndaş və ya öz öhdəliklərinə sadiq qalan və sektorları üçün inkişaf yolları axtarıb tapan liderlərlə bağlı olsun, biz bu qarşısıalınmaz transformasiyadan maksimum fayda əldə edə biləcəyik”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31

