“Bakıdan Belemə”...
15.05.2025 [10:18]
Azərbaycanın iqlim təşəbbüskarlığı COP30-un yol xəritəsinə çevrilir
Azərbaycanın qlobal iqlim hərəkatındakı nümunəvi fəaliyyəti, ötən il uğurla başa çatdırdığı COP29 sammiti BMT və digər beynəlxalq ekoloji institutlar tərəfindən peşəkar təcrübə, sanballı model kimi öyrənilməkdədir. 2025-ci ildə Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyasında (COP30) Azərbaycanın iqlim proqramına istinad ediləcək. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri çərçivəsində keçirilən “Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” adlı konfransda bildirib ki, “Bakıdan Belemə” yol xəritəsi ölkəmizə olan növbəti etimadın nümunəsidir.
Beynəlxalq iqlim ailəsinin ötən il Bakıda əldə etdiyi razılaşmaya əsasən, 2035-ci ilə qədər illik iqlim maliyyəsinin 1,3 trilyon dollara çatdırılması hədəflənir. Azərbaycanın təşəbbüsü ilə müəyyənləşmiş maliyyə həmrəyliyi konsepsiyasına əsasən, bütün ölkələr birgə çalışaraq təkcə dövlət sektorunun deyil, həm də özəl sektorun maliyyəsi hesabına 300 milyard dollarlıq iqlim maliyyə hədəfini 1,3 trilyon dollara çatdırmağa çalışacaq. “Bakıdan Beləmə” adlı 1,3 trilyon dollarlıq yol xəritəsinin hazırlanması da həmin qlobal hədəfə əsaslanır.
Bakıda müəyyənləşən iqlim maliyyəsi çərçivəsi
Qeyd edək ki, Bakı COP-u kimi tarixə düşən COP29 çərçivəsində iştirakçı ölkələrin müzakirə etdiyi əsas mövzulardan biri iqlim maliyyələşdirilməsi ilə bağlı yeni həll yollarının tapılması, dayanıqlı və işlək maliyyə arxitekturasının formalaşdırılması olub. İqlim koalisiyasının üzvləri arasında fikir ayrılıqları olsa da, Azərbaycanın gərgin səyləri və qəti təşəbbüskarlığı sayəsində yeni maliyyə hədəfinin müəyyən olunması üçün dayanıqlı maliyyə portfelinin yaradılması ətrafında fəal danışıqlar uğurla başa çatdırılıb. Ən mühüm nailiyyət isə iqlim maliyyəsindən boyun qaçıran kollektiv Qərbin bu prosesə cəlb edilməsidir. Beləliklə, COP29 sammitində dünya ölkələrinin yeni maliyyə iqlimi ailəsi və yeni coğrafiya maliyyə arxitekturası formalaşdırılıb. Sammitdə Avropanın bir çox ölkəsi də daxil olmaqla qitə ölkələrinin karbonsuzlaşdırma, 2030-cu ilə qədər qlobal bərpaolunan enerji potensialının üç dəfə artırılması, təbiətin qorunması və artırılması, karbon tullantılarının qorunması və emissiyaların üçdə birini təşkil edən qida sistemlərinin transformasiyası istiqamətində hərəkətləri sürətləndirmək barədə razılığa gəlinməsi və yekun bəyannamələrin imzalanması məsuliyyətli iqlim alyansının formalaşdığını təsdiqlədi.
Ambisiyalı maliyyə portfeli yaradılır
Ən mühüm nailiyyət isə COP29-da İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması barədədə yekdil razılığın əldə edilməsidir. Bununla da inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşməsinin mühüm sütunu olan “İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu”na vəsait ayrılması təmin olundu. İMFF bərpaolunan enerji sahəsində fəaliyyət göstərən kiçik və orta istehsalçılar üçün gələcək məhsulların satın alınması üzrə sazişə zəmanətlə yanaşı, “yaşıl” sənaye layihələri üçün ilkin kapital itkisinin kompensasiyasını da təmin edəcək. Həmçinin, inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qəbul edilib və bu sənəd çoxtərəfli inkişaf banklarının resurs bazalarından istifadə etməsinə imkan yaradacaq. Nəticədə bu, iqlim hədəflərinə çatmaqda dayanıqlı maliyyə mexanizmlərinin formalaşmasında mühüm rol oynayacaq.
Dünya Bankının töhfəsi
Maliyyələşmə siyasətinin davamı kimi donorlardan biri olan Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdırmağı öhdəsinə götürüb. Habelə COP29 çərçivəsində keçirilən İqlim məsələləri üzrə biznes, investisiya və xeyriyyəçilik platformasında (BIPCP) da dayanıqlı maliyyə infrastrukturlarının qurulması yönündə müsbət siqnallar verildi, biznes, maliyyə və xeyriyyə cəmiyyətlərinin liderləri, o cümlədən ümumi aktivləri 10 trilyon dollar olan investorlar özəl kapitalın iqlim bazarlarına yönləndirilməsi üçün ilk dəfə bir araya gələcəklərini bəyan etdi.
Göründüyü kimi, COP29-da iqlim maliyyələşməsi ilə bağlı yekun niyyət razılaşmalarının əldə olunması bu sahədə əməkdaşlığın yeni təməllərini qoydu. Bu prosesin növbəti addımı kimi Braziliyada keçiriləcək COP30-da əlavə razılaşmaların olacağı gözlənilir.
Beləliklə, “Bakıdan Beləmə” adlı yol xəritəsi beynəlxalq iqlim ailəsinin üzərinə götürdüyü 1,3 trilyon dollarlıq maliyyə öhdəliyinə əməl olunmasında mühüm rol oynayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43

