/ / Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025 [12:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə “Italo” sürətli dəmir yolu operatoru və London Qatvik Hava Limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu dedi. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlətimizin başçısı bu xüsusda “Global Infrastructure Partners” ilə tərəfdaşlığın əhəmiyyətini vurğuladı.
Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirdi.
Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.
Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparıldı, süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Qeyd edək ki, 2006-cı ildə yaradılan və 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan “BlackRock” tərəfindən satın alınan “Global Infrastructure Partners” hazırda təxminən 189 milyard ABŞ dolları məbləğində aktivləri idarə edir. “BlackRock” isə hazırda təxminən 14 trilyon ABŞ dollarına yaxın həcmdə aktivləri idarə etməklə, qlobal investisiya bazarında aparıcı mövqeyini qoruyur.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

