İnhisarçılığa qarşı təxirəsalınmaz və kompleks tədbirlər görüləcək
04.02.2011 [10:57]
İnhisarçılıqla mübarizə tədbirləri genişmiqyaslı və sistemli iş olmaqla iqtisadiyyatın bir sıra sahələrində korrupsiyaya və rüşvətxorluğa yol açan meyillərin qarşısının alınmasına xidmət edir. Bu istiqamətdə atılan addımlar ümumilikdə strateji məqsəd hesab edilməklə, həm də ölkə həyatının bütün bölmələrində şəffaflığın təmin olunmasına öz töhfəsini verir. Məhz bu amillərin mühüm əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev inhisarçılığa rəvac verə biləcək faktorların qarşısının alınması üçün lazım olan bütün tədbirlərin görülməsini aidiyyəti orqanların qarşısında başlıca vəzifə kimi qoyub.
Prezidentin bu istiqamətdə təxirəsalınmaz və kompleks tədbirlər görmək barədə tapşırıqları inhisarçılıqla mübarizənin əhatəli və ardıcıl şəkildə həyata keçirilməsinə dərin əsaslar yaradır. Xüsusilə də, dövlət başçısının Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında daxili bazarda qiymətlərin sabit qalması üçün zəruri olan tədbirlərin görülməsinə dair göstərişi inhisarçılıqla mübarizəyə təkan verən ən güclü mexanizm sayıla bilər. Qeyd edək ki, Prezident İlham Əliyev həmin iclasda qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq üçün müvafiq orqanlara zəruri olan bütün addımları atmağı tapşırıb: “Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə, hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.
Dövlət başçısı bildirib ki, iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılmasının təmin edilməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsidir. Prezidentin bu fikirləri inhisarçılıqla və korrupsiya ilə effektli mübarizə tədbirlərinin gücləndirilməsinə dəstəyin ən böyük təzahürüdür. Dövlət başçısının azad sahibkarlığa, özəl sektora verdiyi böyük siyasi dəstək rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, qeyd olunan neqativ halların qarşısının alınmasında birbaşa dövlətin başçısı öz güclü dəstəyini nümayiş etdirməklə, bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər olmağa çağırır. Bu, eyni zamanda, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir.
Prezidentin süni qiymət artımına və inhisarçılığa qarşı kompleks tədbirlər planının həyata keçirilməsini sistemləşdirən proqram xarakterli bu çıxışından sonra hər bir qurum, istehlak bazarına nəzarət edən strukturlar məsuliyyətlərini dərk edərək ən sərt addımlar atmalıdırlar. Sahibkarlıq sektoruna və daxili bazara nəzarət edən qurumlar haqsız rəqabətə yol verən, antiinhisar qanunvericiliyinin tələblərini pozan, sahibkarlığın inkişafına və azad biznes mühitinin yaxşılaşmasına maneələr yaradan, rəqabət qabiliyyətli məhsulların istehlak bazarında satışını məhdudlaşdıran və digər neqativ halların baş verməsinə səbəb olan amillərin qarşısını almalıdırlar.
ümumiyyətlə, iqtisadi, sosial, maliyyə, vergi, gömrük, nəqliyyat, qiymətli kağızlar, elm, təhsil, mədəniyyət, idarəetmə və digər sahələrə aid qurumlar öz vəzifə öhdəliklərini icra edərkən şəffaflığın tam təmin edilməsinə nail olmalı, onların üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, sahibkarların maraqlarının təmin olunması istiqamətində fəaliyyətlərini gücləndirməlidir. Xüsusilə də, istehlak bazarı ilə birbaşa bağlı olan strukturlar inhisarçılıq və süni qiymət artırılması meyillərinin qarşısını qətiyyətlə almalı, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməli, istehlakçıların hüquqlarının tam qorunmasını təmin etməli, neqativ halların baş verməməsi üçün nəzarəti gücləndirməlidir.
Qeyd olunan mübarizə tədbirləri ilə yanaşı, ölkə həyatının bütün sahələrinə ictimai nəzarətin gücləndirilməsi, istehlakçıların maarifləndirilməsi, hüquqi biliklərinin artırılması istiqamətində müvafiq tədbirlər daha da genişləndirilməli, özəl sektor üçün korrupsiya riskləri və onların aradan qaldırılmasına dair maarifləndirmə proqramları davamlı şəkildə həyata keçirilməli, bununla bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılmalıdır. Bütün bu tədbirlər isə son nəticədə şəffaflığın daha da artırılmasına səbəb olacaq, ölkəmizin iqtisadi və sosial inkişafını sürətləndirəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

