Qarabağ Bəyannaməsinin ortaq maddəsi
09.07.2024 [10:10]
Türk dünyası Orta Dəhlizdə daha sıx birləşəcək
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın dövlət başçısı regionda yeni nəqliyyat qovşaqlarının yaradılmasında TDT ölkələrinin yerləşdiyi əlverişli coğrafi imkanların üstünlüyündən danışaraq son illərdə intensivləşən Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin əhəmiyyətinə toxunub. TDT ölkələrinin yerləşdiyi Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma qabiliyyətinin və Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətinin artırılması, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycanın Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərməsi bu vahid ideyaya söykənir.
TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb (Orta Dəhliz) dəhlizi vasitəsilə regional əlaqəni və inteqrasiyanı gücləndirmək niyyətlərini ifadə ediblər. Bu məqsədlə nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifə və öhdəliklər müəyyən edilib.
Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır. Bu layihənin yaradıcılarından və əsas təşəbbüskarlarından biri Azərbaycandır. Respublikamız Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi üçün əhəmiyyətli tədbirlər görüb və qarşıdakı mərhələdə Gürcüstan və Türkiyə ilə birlikdə üçtərəfli səylərin artırılmasını planlaşdırır.
Son 2 ildə regionda yaranmış yeni geosiyasi düzənin fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi isə bu marşrutların çoxşaxəliliyinin təmin edilməsini daha da aktuallaşdırıb. Qırğızıstan və Özbəkistan Çinlə birgə dəmir yolu layihəsinin təşviqindən irəli gələrək gələcək planlarını məhz Orta Dəhlizə qoşulmaq istiqamətində qurub, eləcə də digər türk dövlətləri ilə bu istiqamətdə birgə əməkdaşlığın dinamikasını artırmaqdadır. Özbəkistan, Qırğızıstan və Qazaxıstanın dövlət başçılarının son dövrlərdə Azərbaycana səfərləri zamanı ən aktual mövzulardan biri kimi Trans-Xəzərin müzakirə olunması da türk dövlətləri Orta Dəhliz ideyasını vahid bir platforma kimi qəbul etdiklərini nümayiş etdirir. Bu baxımdan Qarabağ Bəyannaməsi bu nəqliyyat arteriyasının tam gücü ilə işləməsi və digər potensialların birləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bəyannamədə Orta Dəhlizin daha rentabelli və dayanıqlı işləməsi üçün TDT ölkələri tərəfindən nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə tərəflər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarının əsaslı şəkildə yenidən qurulması və infrastrukturların təmirinə investisiyaların cəlb edilməsi, nəqliyyat əməliyyatları və gömrük prosedurlarının optimallaşdırılması üçün üzərinə öhdəliklər götürüb. Ötən ilin sonlarında Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə edilməsi, rəqəmsal tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanması məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri, eləcə də Ümumdünya Gömrük Təşkilatının və Türk Dövlətləri Təşkilatının rəhbərliyi, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının nümayəndələri bir araya gələrək bu layihənin xüsusi əhəmiyyətini bəyan ediblər. Bunun nəticəsi kimi qeyd edilən portalı ərsəyə gətirib və bu Rəqəmsal Orta Dəhlzinin də artıq formalaşması deməkdir.
Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Transxəzər Gömrük Tranzit Portalı xidmətlərin asan və şəffaf bir pəncərədə birləşdirən sistemdir. Orta Dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron şəkildə təqdim edilən sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə töhfə verən rəqəmsal qovşaqdır. Bu sistem gömrük nəzarətinin müasir formulu kimi optimal nəzarət formasını təmin edir, könüllü riayətetmə mədəniyyəti formalaşdırır, sahibkarlar, daşıyıcılar və digər iqtisadi operatorların gömrük yüklülüyünü onların üzərindən götürür, onların logistik işini asanlaşdırır, bununla yanaşı, vaxt itkisinin qarşısını alır, xərcləri azaldır.
Hazırda TDT-nin xüsusi maraq və diqqətində olan Zəngəzur dəhlizi Trans-Xəzərin mühüm tərkib hissəsi hesab olunmaqla Çin-Mərkəzi Asiya-Avropa bloku üzrə nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhliz kimi strateji əhəmiyyətini artrırır. Beləliklə, Qarabağ Bəyannaməsi çoxməzmunlu iqtisadi hədəflər toplusu olmaqla əsas hədəflərdən biri olan Orta Dəhliz quruculuğunun hüquqi-iqtisadi sütunlarından birinə çevriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51

