“Naxçıvan Bank” qeyri-bank qurumuna çevrildi
26.07.2024 [10:30]
Maliyyə göstəriciləri yaxşı olmayan bir neçə bankı da eyni tale gözləyə bilər
Uzun müddətdir ki, Azərbaycanın yeganə regional bankı hesab olan “Naxçıvan Bank”ın lisenziyasının ləğv olunacağı ilə bağlı gözləntilər özünü doğrultdu. Mərkəzi Bankın (MB) müvafiq qərarına əsasən, adıçəkilən bank vahidinin lisenziyası ləğv edildi, bankın kapital bazası əsasında isə “E-Kredit” MMC, yəni bank olmayan kredit təşkilatı (BOKT) təsis olundu. “Naxçıvan Bank”ın bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit” BOKT-a keçdi. Kredit təşkilatı öz fəaliyyətini “Naxçıvan Bank”ın əvvəlki hüquqi ünvanında həyata keçirəcək.
“Naxçıvan Bank”ın bağlanmasının bank sisteminin sağlamlaşdırılması ilə bağlı aparılan siyasətin nəticəsində baş verdiyi şübhəsizdir. Muxtar Respublikanın adını daşıyan bankın maliyyə göstəriciləri o qədər pis olmasa da, aktivlərin azalması və likvidliyinin pisləşməsi də diqqətdən qaçmayıb. “Naxçıvanbank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-cü ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6 faiz azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7 faiz azalaraq 103,6 milyon manata enib. Ümumilikdə, bankın öhdəlikləri təxminən 127,6 milyon manata bərabər olub ki, bu, ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5 faiz azalma deməkdir. Nəticədə bankın yığımlarının tempi aşağı düşüb, cari və digər öhdəliklər artıb. Bu isə bankın likvidlik göstəricilərini pisləşdirib.Ölkənin bank bazarında göstəricilərin dinamikasında “Naxçıvanbank” ən son yerlərdən birini tutmaqla ən az mənfəət əldə edənlərdən biri olub.
Ancaq bütün bunlara baxmayaraq, sözügedən maliyyə qurumun maliyyə durumu ilə bağlı bir sıra öhdəliklərini icra edib və bunun qarşılığında defolt həddinə çatmaqdan da xilas olub. Bunu Mərkəzi Bankın rəsmi açıqlamasından da görmək olar,
MB-nin qeyd etdiyinə görə, “Naxçıvan Bank” ASC-nin maliyyə dayanıqlığı göstəriciləri müəyyən edilmiş prudensial tələblər çərçivəsində olub, bu isə bankın lisenziyasının məcburi qaydada ləğv edilmədiyini, bankın BOKT-a çevrilməsinin onun səhmdarlarının qəbul etdiyi biznes qərarı əsasında baş verdiyini göstərir. Proses də məhz səhmdarların öz istəyi ilə tənzimlənib və “Bankların yenidən təşkili haqqında Qaydalar” əsasında bankın qeyri-bank təşkilatına çevrilməsi rəsmiləşib.
Bankın müştəriləri qarşısında borcu və öhdəlikləri necə olacaq?
İlk növbədə, bankın müştərilər qarşısında öhdəliklərinin yeni çərçivəsi müəyyən olunacaq. Ən əsası yenidən təşkil çərçivəsində “Naxçıvan Bank” əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı üzrə icraat həyata keçiriləcək. Əmanətçilərin depozitləri müvafiq bank qaydalarına uyğun olaraq sığortalanmış vəsaitlər üzrə tam şəkildə, faizlər də daxil olmaqla ödəniləcək. Fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (təxminən 342 min manat isə Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürüləcək, artıq bu proses demək olar ki, təmin edilib. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə iyulun 25-dən etibarən MB-ın Naxçıvan şöbəsindəki inzibati binada əldə edəcəklər. Digər kreditorlar qarşısında olan öhdəlikləri isə “Naxçıvan Bank” ötən müddətdə tam icra edib.
“Naxçıvan Bank”ın lisenziyasının ləğv olunaraq BOKT-a çevrilməsi nəyi dəyişəcək?
Qeyd edilən bankın lisenziyasının ləğvi ölkənin bank bazarı üçün heç bir çətinlik yaratmayacaq, çünki “Naxçıvan Bank”ın bank sektorunda payı 1 faiz təşkil edirdi ki, bank sistemi üçün heç bir təsiredici xarakter daşımır. Bank bundan sonra “E-Kredit” MMC kimi fəaliyyət göstərməklə müştərilərə kredit verə biləcək, amma əmanət cəlb etməsi mümkün olmayacaq. Yalnız MB-nin xüsusi razılığı olduğu halda girov əmanəti qəbul edə bilər.
“Naxçıvan Bank”ın lisenziyasının ləğv edilməsinin fonunda onu ehtimal etmək mümkündür ki, ölkəmizin bank sektorunda aparılan islahatlar çərçivəsində likvidlik göstəriciləri aşağı düşürməkdə olan bankların bazardan çıxması labüddür. MB-nin növbəti illik plana uyğun yoxlaması zamanı bank sektoru üçün bu cür xarakterik halların meydana çıxması istisna deyil. Bu hallar yaxın bank bazarının təcrübəsindən tanışdır. Ötən il həmin plan çərçivəsində öz likvidliyini itirmiş bankların lisenziyasının ləğvi də bunu təsdiqləyir. Məsələn, sonuncu dəfə aparılan yoxlama zamanı da bu tendensiyanı müşahidə etdik, ötən il “Günay Bank” və“Muğan Bank” ASC-nin lisenziyası ləğv edilib. Yəni bu prosesin bitmədiyi və 2024-cü ildə də ödəmə qabiliyyəti zəifləyən, öz öhdəliklərini icra etməyən bankların bağlanması istisna deyil.
Bir məsələni də qeyd etmək lazımdır ki, “Naxçıvanbank” və digər bu maliyyə vahidi kimi kiçik qurumların ümumi resursları və aktivləri Azərbaycanın bank sektorunun hərəkətlilik və kredit-resurs axınlarının ötürücülüyü baxımdan ümumi bank sektoruna əhəmiyyətli təsiredici gücə malik deyil. Bu cür bankların ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,5 faiz, kredit portfelində isə 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,4 -1,5 faizdən çox deyildi. Hazırda ölkənin bank bazarında aktivlərinin payı 1-2 faiz olan bir neçə bank da qalır ki, bu amil həmin bank qurumları üçün də təhlükənin sovuşmadığından xəbər verir. Ona görə də vətəndaşlar əmanətlərini yerləşdirən zaman, eləcə də sahibkarlar banklarda hesab açarkən həmin bankların maliyyə göstəricilərinə diqqət yetirməlidirlər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

