Fransa Senatında Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı nailiyyətlərdən danışılıb
13.09.2014 [10:54]
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan “Şərq tərəfdaşlığı ölkələrində qadın hüquqları: Azərbaycanın nümunəsi” adlı hesabatın Avropa Parlamentindən sonra Fransa Senatında da təqdimatı olub.
Şuradan AzərTAc-a verilən məlumata görə, fransalı senator Eymeri de Monteskye Azərbaycanda qadın hüquqlarının müdafiəsi üçün görülən işlərdən danışıb. Dəfələrlə Azərbaycanda olduğunu deyən senator ölkəmizdə qadın hüquqlarının necə nəzərə alınmasının şəxsən şahidi olduğunu bildirib. Bütün dünyada qadınların maariflənməsinin və təhsil almasının vacibliyini bildirən senator Azərbaycanın bu sahədə nailiyyətlər qazandığını vurğulayıb.
Qadın hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Liqanın prezidenti xanım Anni Süjye Azərbaycanda qadın hüquqları ilə bağlı hesabatı hazırlamağın səbəbindən danışaraq deyib: “Bu hesabatı hazırlamaq ideyası iki səbəbdən yarandı: əhalinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkənin dünyəvi ölkə olması və qadın hüquqlarına Azərbaycanda xüsusi önəm verilməsi. Tez-tez iqtisadiyyatdan, insan hüquqlarından və demokratiyadan danışılarkən qadın hüquqları unudulur. Qadın və kişi arasında bərabərlik olmadan demokratiya və insan hüquqlarından söhbət gedə bilməz. Müasir ölkə olmaq üçün bu, vacib şərtdir. Azərbaycan bu baxımdan bir çox ölkələrə nümunə ola bilər”.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıb.
Azərbaycan-Fransa əlaqələrinə toxunan A.Quliyev iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsində aparılan bərpa işlərini, Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasına Azərbaycanın verdiyi töhfəni və Bakıda Fransız Liseyinin inşasını qeyd edib.
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Şura sədri bu problemin 20 ildən çox davam etməsinin region üçün ciddi təhlükə yaratdığını qeyd edib. Şura sədri BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin tezliklə icra edilməsi üçün qurumun daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanı daha çox səy göstərməyə çağırıb.
A.Quliyev Fransa Milli Assambleyasının və Senatının 10-dan çox üzvünün Dağlıq Qarabağa qanunsuz səfər etməsinin Azərbaycanda ciddi narahatlıq yaratdığını və bunun yolverilməz olduğunu bildirib.
Daha sonra hesabatın müəlliflərindən biri, ərəb ölkələrində qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond hesabat haqqında iştirakçılara məlumat verib. Bu ilin əvvəlində Azərbaycanda olarkən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinə baş çəkdiyini deyən P.Lalond bu cür mərkəzlərin gələcəkdə Azərbaycanın digər rayonlarında da açılmasının önəmini bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında ölkədə qadın hüquqlarının təbliği və müdafiəsi ilə məşğul olan qurumun yaradıldığını diqqətə çatdırıb. H.Hüseynova Azərbaycanın beynəlxalq konvensiya və sənədləri ratifikasiya etməsinin, ölkənin üzərinə götürdüyü öhdəliklərin gender bərabərliyinə nail olunmasına kömək etdiyini deyib.
Azərbaycan Prezidentinin qadın problemlərinin həlli üçün göstərdiyi qayğıdan, son illərdə ölkədə artan qadın sahibkarlığından, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə məişət zorakılığına qarşı mübarizə, nikah yaşının 18-ə qaldırılması ilə bağlı qəbul olunan qanunlardan danışan H.Hüseynova bu istiqamətdə həyata keçirilən dövlət proqramlarını qeyd edib, qadınların bələdiyyələrdə, parlamentdə sayının artığını diqqətə çatdırıb.
Müzakirələrdə iştirak edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş qadınların keçirdiyi mənəvi və maddi məhrumiyyətlərdən danışıb və təklif edib ki, onların vəziyyəti ilə əlaqədar gələcəkdə ayrıca bir hesabat hazırlansın.
Xəbər lenti
Hamısına baxMEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50

