/ / BMT-nin İşçi Qrupu və məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Azərbaycana səfərlərinin yekununa dair hesabatlarını təqdim ediblər
BMT-nin İşçi Qrupu və məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Azərbaycana səfərlərinin yekununa dair hesabatlarını təqdim ediblər
24.06.2015 [09:45]
İyunun 16 və 17-də Cenevrə şəhərində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Çaloka Bəyani Azərbaycan Respublikasına səfərlərinin yekununa dair hesabatlarını BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim ediblər.
Məlum olduğu kimi, BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Çaloka Bəyani 18-24 may 2014-cü il tarixlərində, Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu isə 18-27 avqust 2014-cü il tarixlərində Azərbaycan Respublikasında işgüzar səfərdə olublar.
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəsmi veb saytında bildirildiyi kimi (http://azmission.ch/az/xeberler/20150618073243213.html), İşçi Qrupunun hesabatının təqdimatı zamanı Qrupun sədri və məruzəçisi Michael K.Addo səfər dəvətinə və səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikası Hökumətinə dərin təşəkkürünü ifadə edib. İşçi Qrupu öz hesabatında son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb. Bununla yanaşı, İşçi Qrupu ölkəmizdə biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd edib. Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq M.Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının 62/243 (2008) saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb.
BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Çaloka Bəyani də hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması, onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini xüsusilə qeyd edib və hökumətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Xüsusi məruzəçi hesabatda məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün, ilk növbədə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişənin tezliklə həll edilməli olduğunu qeyd edib və bu xüsusda BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının 62/243 (2008) saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsinin yerinə yetirilməsinə çağırıb. Xüsusi məruzəçi, eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin məsələsini xüsusi diqqəti altında saxlayacağını bildirib və bu istiqamətdə Azərbaycan Respublikası Hökuməti ilə mövcud konstruktiv əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

