Azərbaycan-Pakistan parlament sədrlərinin videokonfrans formatında görüşü olub
08.09.2020 [09:58]
Sentyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə videokonfrans formatında görüşü keçirilib. Bu barədə AZƏRTAC-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüş təşəbbüsü üçün Pakistan Senatının Sədrinə təşəkkürünü bildirən Sahibə Qafarova bildirib ki, bu, Milli Məclisin Sədri vəzifəsinə seçiləndən sonra xarici həmkarı ilə videokonfrans formatında ilk görüşüdür. Spiker xatırladıb ki, Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb, 1993-cü ildə Pakistanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Pakistanda səfirliyi fəaliyyətə başlayıb.
Sahibə Qafarova ölkələrimizin dost və qardaşlıq münasibətlərindən söz açaraq, beynəlxalq arenada Pakistanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkəmizə verdiyi daimi dəstəyə və işğalçı Ermənistanı dövlət olaraq tanımadığına görə təşəkkürünü bildirib. Sədr 2013-cü ildə Pakistan Senatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verməsini, 2012-ci ildə Senatın Beynəlxalq münasibətlər komitəsinin, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsinin Xocalı soyqırımına dair qətnamələr qəbul etməsini məmnuniyyətlə xatırlayıb.
Sahibə Qafarova Azərbaycanın həmişə Pakistanın yanında olduğunu və ölkəmizin Kəşmir probleminin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll edilməsini dəstəklədiyini diqqətə çatdırıb.
Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancrani görüş təklifini qəbul etdiyinə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib. Senatın Sədri Prezident İlham Əliyevə pandemiya dövründə Pakistana Azərbaycan tərəfindən göstərilən 1 milyon dollar məbləğində yardıma görə təşəkkür edib.
O qeyd edib ki, hər iki ölkənin parlamentində qarşılıqlı işçi qrupları fəaliyyət göstərir və parlamentlərarası əlaqələrin inkişafında yaxından iştirak edirlər. Pakistan Senatının sədri 2018-ci ildə ölkəmizin müstəqilliyinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycanda olduğunu deyib və pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Pakistan da həmişə Azərbaycanın yanındadır və hər zaman olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həllini dəstəkləyir.
Parlament sədrləri bir-birini pandemiyadan sonra öz ölkələrinə səfərə dəvət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

