AŞPA-da Azərbaycandan Türkiyəyə dəstək
10.09.2020 [09:13]
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası nəticəsində bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə münasibətləri sürətlə inkişaf edir. Bu münasibətlərin yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Azərbaycan və Türkiyə bir-birini beynəlxalq səviyyədə hər zaman dəstəkləyib və dəstəkləyəcək. Bunun ən parlaq nümunələrindən biri altı il əvvəl Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən sammitdə baş vermişdi. Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan orada fürsətdən istifadə edərək Türkiyəyə hücum edən zaman Azərbaycan Prezidenti İlham Əliyev demişdi: “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam...”.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Səməd Seyidov deyib ki, qardaş ölkələrimiz hər zaman bir olub və olacaq. Eyni prinsip əsasında AŞPA-da “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə qarşı çıxanlara cavab olaraq Azərbaycan Türkiyənin yanında oldu və yüksək tribunalardan qardaş ölkəyə dəstək verdi. Azərbaycan Türkiyəni, həmçinin “Barış bulağı” əməliyyatında da dəstəklədi.
“Azərbaycan ilə Türkiyə hər zaman bir-birinin yanındadır. Lazım olan anda, lazımi yerdə bir-birimizə dəstək verib, istər hərbi mövzuda və ya xarici siyasətdə də bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Elə dünən, sentyabrın 8-də AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin onlayn iclası zamanı Tovuz hadisələri müzakirə olunanda Türkiyə yenə də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın yanında olduğunu bildirdi.
Ölkələrimiz arasında qardaş əlaqələri son dövrdə daha da yüksək səviyyədə inkişaf etməkdədir. Mühüm bir nümunəni qeyd edim. Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə toxundu, Türkiyənin Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın bütün məsələlərdə Türkiyənin yanında olacağını bildirdi. Bu bəyanat tezliklə öz əksini tapdı. Belə ki, sentyabrın 8-də AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin onlayn iclasında Milli Məclisin deputatları Şərqi Aralıq dənizi regionunda baş verən gərginlik mövzusunda Azərbaycanın qardaş Türkiyəyə tam dəstəyini ifadə etdilər”, - deyə Səməd Seyidov bildirib.
Qeyd edək ki, Siyasi işlər və demokratiya komitəsinin onlayn iclasında ölkəmizin Türkiyəyə dəstəyini AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Asim Mollazadə və Tural Gəncəliyev bildiriblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56

