Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır
01.07.2020 [09:59]
Ekspertlərin qeyd etdikləri kimi, yüksək döyüş hazırlığına və vətənpərvərlik ruhuna, həmçinin müasir hərbi texnika təchizatına malik Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir
Qürurverici haldır ki, ötən həftə 102-ci ildönümünü qeyd edən Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Ümumiyyətlə, Azərbaycanda 1993-cü ilin iyunundan sonra həyata keçirilən siyasət nəticəsində ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlər ölkəmizin hərbi gücünün artırılması və müdafiə qabiliyyətinin yüksəldilməsini təmin edib. Eyni zamanda, son 16 ildə ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilib, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşması üçün ardıcıl addımlar atılıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı zamanı hərbçilərlə görüşündəki nitqində də xüsusi olaraq vurğulayıb ki, Azərbaycan dövləti üçün ordu quruculuğu prioritet məsələdir. “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”, - deyə dövlət başçısı vurğulayıb.
Yeri gəlmişkən, qeyd edək ki, həm 2016-cı ildə Aprel döyüşləri zamanı, həm də 2018-ci ildə Azərbaycan Ordusunun Naxçıvan istiqamətində apardığı əməliyyatlar Silahlı Qüvvələrimizin gücünü bir daha göstərib. Bütövlükdə, ekspertlərin qeyd etdikləri kimi, yüksək döyüş hazırlığına, müasir hərbi texnika təchizatına və yüksək vətənpərvərlik ruhuna malik Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar İskəndərov da ölkəmizdə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırıldığını diqqətə çatdırıb: “Son illər ordu quruculuğunda, hərbi hissələrin tikintisində tətbiq olunan Azərbaycan standartları ən yüksək qiymətə layiqdir. Dövlət başçısının göstərişi ilə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri, demək olar ki, tamamlanıb. Eyni zamanda, yaxın iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcək. Bütün bunlar da bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Bir sözlə, müharibə şəraitində yaşayan Azərbaycanda ordu quruculuğu prioritet məsələdir”.
V.İskəndərov bildirib ki, Azərbaycan Ordusunda şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, zabitlərin məişət problemləri də həll olunur: “Prezidentin göstərişi ilə orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara mənzillər verilib. Eyni zamanda, dövlət başçısının bu yaxınlarda verdiyi göstərişə əsasən, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Bundan başqa, hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır”.
“Əminliklə söyləmək olar ki, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu, vətənpərvərlik hissi və hərbçi əzmi yüksəkdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini istənilən anda yerinə yetirməyə hazır olan Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün tam səfərbərdir”. Bu fikirləri isə Milli Məclisin üzvü Sevil Mikayılova bildirib.
Deputatın sözlərinə görə,ordumuz son illər formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika ilə təmin edilib: “Xüsusilə qeyd etmək lazımdır ki, Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Eyni zamanda, öz hərbi potensialını gücləndirmək məqsədilə Azərbaycan müxtəlif ölkələrdən müasir silah-sursat idxal edir”.
S.Mikayılova deyib ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan dövləti üçün hərbi qüdrətini daha da artırmaq əsas məqsədlərdən biridir: “2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün 3 milyard 853,6 milyon manat həcmində vəsait nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə təxminən 21 faiz çoxdur”.
Deputat bildirib ki, Azərbaycan Ordusunun döyüş hazırlığı, silah-sursat, hərbi texnika ilə təchizatı və vətənpərvərlik ruhu istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə imkan verir.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29

