YAP hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır
16.11.2012 [00:07]
Nərimanov rayonunda YAP-ın yaranmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə partiyanın Nərimanov rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də dünən Gənclər və İdman Nazirliyində baş tutub. Partiyanın yaranmasının 20 illiyi münasibətilə keçirilən konfransı giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı gənclər və idmançılar ərazi ilk partiya təşkilatının sədri Əli Məmmədov bildirib ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də, Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Natiq YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O, vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi xətti bu gün partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən “Hərbi and” qəzetinin redaktoru Elnurə Qarayeva Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını, onlara öz potensiallarını ortaya qoymaq üçün lazımi şərait yaratdığını deyib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli isə deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan YAP hər zaman dövlətimizin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçilib.
“YAP-ın qurucusu, Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə gəlməsindən sonra Azərbaycan gerçək müstəqilliyinə qovuşdu” deyən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə gənclər və idman sahəsində həyata keçirilən siyasət barədə ətraflı danışıb.
Konfransda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi arenada kifayət qədər nüfuz qazanmış siyasi təşkilatdır: “Sıralarında 600 min nəfərə yaxın insanın birləşdiyi YAP çox böyük tarixi yol keçib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Nərimanov rayon təşkilatının üzvlərinin sayı günbəgün artır”.
Təşkilat sədri qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malikdir.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29

