Şəmkir rayonunda "Vətən sağ olsun!" mövzusunda tədbir keçirilib
24.09.2025 [17:03]
Şəmkir rayon Mərkəzi Xəstəxanasında 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq "Vətən sağ olsun!" mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının əməkdaşları, xəstəxananın heyyəti, tibb işçiləri, şəhid ailələri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev 27 Sentyabr Anım Gününün Azərbaycan xalqı üçün şərəf və qürur günü olduğunu qeyd edib. Bildirib ki, bu tarix Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək və onların fədakarlığını gələcək nəsillərə çatdırmaq baxımından böyük mənəvi dəyərə malikdir.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva öz nitqində 1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi çətinliklərdən bəhs edərək, dövlətçiliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Ümummilli Lider Heydər Əliyev siyasi irsinin bu gün də Azərbaycan Respublikasının inkişaf strategiyasının təməlini təşkil etdiyini və ölkəmizin suveren, güclü və müasir bir dövlətə çevrilməsində əhəmiyyətli rol oynadığını bildirib.
Həmçinin, 2020-ci ilin sentyabrında baş vermiş və 44 gün davam edən Vətən Müharibəsinə xüsusi yer ayıraraq, Azərbaycan Ordusunun, xalqın birliyi, dövlətin gücü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə tarixi ədaləti bərpa olunmasına nail olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də Vətən müharibəsi zamanı yaşadıqları təcrübələrini bölüşərək, bu qələbənin asan başa gəlmədiyini, yüzlərlə qəhrəman övladımızın canı və qanı bahasına əldə edildiyini vurğulamışlar. Çıxışı edən hər natiq şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin bədii hissəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Biz” adlı tarixi-sənədli filminə baxış keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

