Tarixi qərar
20.11.2025 [23:17]
1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycan dövlətçiliyinin taleyini dəyişən ən mühüm siyasi hadisələrdən biri oldu və o dövrün ağır, ziddiyyətli, idarəolunmaz şəraitində xalqın nicat yoluna çevrildi. Həmin illərdə ölkədə yaşanan siyasi böhran, idarəetmədəki qeyri-peşəkarlıq, separatçılıq meyillərinin güclənməsi və regionlarda nəzarətsiz proseslərin baş verməsi cəmiyyətdə dərin narahatlıq yaratmışdı, məhz belə bir tarixi məqamda xalqın böyük əksəriyyəti xilaskar lider kimi Ulu Öndər Heydər Əliyevə müraciət etdi və Onun siyasi təcrübəsinə, dövlətçilik zəkasına, qətiyyətinə güvənərək vahid ideya ətrafında birləşdi. Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına cavab verərək Yeni Azərbaycan Partiyasının təsis olunmasına razılıq verməsi sadəcə bir siyasi partiyanın yaradılması yox, Azərbaycan dövlətinin gələcək taleyinin xilas edilməsi demək idi və məhz Onun rəhbərliyi nəticəsində Yeni Azərbaycan Partiyası qısa zamanda ölkəni xaosdan çıxara biləcək ən güclü milli siyasi qüvvəyə çevrildi. Təsis konfransında irəli sürülən ideyalar dövlətçilik ənənələrinin bərpası, müstəqilliyin qorunması, ölkədə sabitliyin təmin olunması və xalqın gələcəyi üçün möhkəm siyasi təməl yaradılması məqsədlərini özündə birləşdirirdi; bu ideyalar sonrakı illərdə modern Azərbaycan dövlətinin formalaşmasının başlıca istiqamətləri kimi tarixə düşdü. Yeni Azərbaycan Partiyasının yaranması ilə siyasi həyat yeni mərhələyə qədəm qoydu: təşkilatlanma, siyasi mübarizə mədəniyyəti, sosial dəstək bazası, intellektual potensial və dövlətçiliyə xidmət prinsipləri qısa zamanda YAP-ı ölkənin aparıcı siyasi qüvvəsi etdı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yol xəritəsi dövlətin quruculuq mərhələsinin əsasını təşkil edərək Azərbaycanın həm daxili, həm də xarici siyasətdə güclü mövqelərə sahib olmasına imkan yaratdı.
Bu ideoloji və siyasi irs Cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə tam uyğun şəkildə davam etdirilərək YAP-ın fəaliyyətinə yeni dinamizm, yeni idarəçilik fəlsəfəsi və genişmiqyaslı inkişaf xətti gətirdi. Prezident İlham Əliyev partiyanın həm struktur baxımından modernləşdirilməsinə, həm ölkənin siyasi sistemində strateji rolunun gücləndirilməsinə, həm də geniş ictimai dəstəyinin daha da artırılmasına nail oldu; Onun rəhbərliyi dövründə YAP təkcə siyasi təşkilat deyil, dövlət quruculuğu prosesinin avanqardı, milli ideologiyanın dayağı, cəmiyyətin inteqrasiya və inkişaf platforması kimi fəaliyyət göstərdi. Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti ölkədə siyasi sabitliyin qorunması, iqtisadi islahatların həyata keçirilməsi, sosial siyasətin gücləndirilməsi, ordu quruculuğu, diplomatik uğurlar, müasir infrastruktur layihələri və ən əsası dövlət müstəqilliyinin dönməzliyi istiqamətində mühüm nailiyyətləri təmin etdi. Bu gün Yeni Azərbaycan Partiyası həm keçmişdən aldığı gücü, həm indiki dövrün çağırışlarına cavab verən çevik siyasəti, həm də gələcəyə yönəlmiş strateji hədəfləri ilə Azərbaycanın siyasi həyatında aparıcı və təyinedici qüvvə kimi çıxış edir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi ölkəmizin siyasi yaddaşında xüsusi bir mərhələ kimi qeyd olunur, çünki bu 33 illik yol təkcə bir partiyanın inkişaf tarixi deyil, bütövlükdə müstəqil Azərbaycanın inkişaf salnaməsidir. Bu illər ərzində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideoloji xəttlə Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi modern dövlətçilik konsepsiyası sintez olunaraq ölkəni dünyada nüfuz sahibi edən güclü, sabit, qətiyyətli və strateji düşüncəyə malik dövlət modelini formalaşdırdı. YAP bu gün də ölkənin siyasi sistemində tarixi missiyasını davam etdirərək həm xalqın etimadını doğruldur, həm də Azərbaycanı gələcək hədəflərə aparan ən etibarlı siyasi dayağa çevrilir və bu, 33 illik fəaliyyətin müqəddəs milli iradəyə və dövlətə bağlılıq üzərində qurulduğunu bir daha təsdiqləyir.
YAP Ağdam rayon təşkilatının əməkdaşı Toğrul Zeynalov
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

