/ / Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası: Yeni Geosiyasi Reallıqlar və Regional Perspektivlər
Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası: Yeni Geosiyasi Reallıqlar və Regional Perspektivlər
13.02.2026 [11:05]
Yeni dünya nizamının konturlarının formalaşdığı mürəkkəb beynəlxalq şəraitdə 10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya Cənubi Qafqaz regionunda siyasi və hüquqi proseslərin keyfiyyətcə yeni mərhələyə keçidini ifadə edən mühüm sənəd kimi qiymətləndirilə bilər. Sözügedən sənəd tərəflər arasında əməkdaşlığın institusional əsaslarını möhkəmləndirməklə yanaşı, regionun geosiyasi arxitekturasında Azərbaycanın rolunu daha da gücləndirən strateji çərçivə müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə etmək imkanına malik olduğunu vurğulamışdır. Bu baxımdan, imzalanmış Xartiya son illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü xarici siyasət kursunun məntiqi nəticəsi kimi çıxış edir.
Strateji tərəfdaşlıq formatı rəsmi Vaşinqtonun Azərbaycanı regionda uzunmüddətli və dayanıqlı əməkdaşlıq üçün əsas tərəfdaş kimi qəbul etdiyini göstərir. Xüsusilə 8 avqust 2025-ci il tarixində keçirilmiş Vaşinqton Sülh Sammiti sonrasında formalaşmış yeni regional reallıqlar fonunda bu sənəd Azərbaycanın beynəlxalq sistemdə funksional rolunun institusional təsdiqi kimi qiymətləndirilə bilər.
Xartiyada tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını açıq şəkildə təsdiqləməsi beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin prioritetliyini nümayiş etdirir. Bu yanaşma Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq səviyyədə qəbul olunduğunu bir daha təsdiq edir. Sənəd Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat sistemində artan rolunu da ön plana çıxarır. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində ölkənin tranzit potensialının genişləndirilməsi və alternativ, təhlükəsiz marşrutların inkişafı regional sabitliyə mühüm töhfə verir. Bununla yanaşı, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu kimi təşəbbüslər Şərq-Qərb əlaqələrinin şaxələndirilməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə maneəsiz bağlantısının təmin olunması da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçiriləcək layihələr regionda iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, çoxşaxəli nəqliyyat və logistika ekosisteminin formalaşdırılmasına zəmin yaradır.
Enerji sahəsində əməkdaşlıq ənənəvi neft-qaz layihələri ilə məhdudlaşmır. Tarixi əhəmiyyət daşıyan Əsrin müqaviləsi və Cənub Qaz Dəhlizi kimi təşəbbüslərlə formalaşmış tərəfdaşlıq artıq elektrik enerjisi interkonnektorları və mülki nüvə əməkdaşlığı istiqamətində genişlənməkdədir. Bu isə Azərbaycanın enerji suverenliyinin uzunmüddətli təminatı baxımından strateji əhəmiyyət kəsb edir.
Eyni zamanda, kritik mineralların – litium, kobalt, qrafit və nadir torpaq elementlərinin – tranziti və təchizat zəncirində əməkdaşlıq perspektivləri Azərbaycanın qlobal texnoloji və “yaşıl enerji” keçidində mühüm aktora çevrilməsi üçün əlverişli imkanlar yaradır.
Xartiyada rəqəmsal infrastrukturun inkişafı və innovasiya ekosisteminin gücləndirilməsi xüsusi yer tutur. Trans-Xəzər Data Magistralı və “Rəqəmsal Dəhliz” təşəbbüsləri çərçivəsində Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik xətlər Avropa ilə Asiya arasında təhlükəsiz və sürətli məlumat mübadiləsini təmin edən yeni platforma formalaşdırır.
Bu istiqamətdə əməkdaşlıq süni intellekt, kibertəhlükəsizlik və kosmik sənaye sahələrində birgə layihələrin həyata keçirilməsinə, eləcə də yüksəkixtisaslı milli kadr potensialının formalaşdırılmasına şərait yaradır. Nəticə etibarilə, Azərbaycan “bilik iqtisadiyyatı”na keçidi sürətləndirərək regional rəqəmsal mərkəz statusunu gücləndirir.
Müdafiə və təhlükəsizlik istiqamətində əməkdaşlığın institusionallaşdırılması Xartiyanın əsas sütunlarından biridir. Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda qazandığı təcrübə və etibarlı tərəfdaş imici müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və digər asimmetrik təhdidlərə qarşı birgə fəaliyyət regional sabitliyin və davamlı sülhün təmin edilməsində mühüm rol oynayır.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya milli maraqların qlobal geosiyasi reallıqlarla uzlaşdırılmasını təmin edən mühüm strateji sənəddir. Enerji, nəqliyyat, rəqəmsal inkişaf və təhlükəsizlik sahələrini əhatə edən bu çoxtərəfli əməkdaşlıq platforması Azərbaycanın Cənubi Qafqaz regionunda sabitlik, iqtisadi rifah və davamlı inkişafın aparıcı aktoru kimi mövqeyini daha da möhkəmləndirir.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

