Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xaosdan qələbəyə uzanan dövlətçilik yolu: Heydər Əliyevlə yenidən doğan və İlham Əliyevlə şanlı tarix yazan Azərbaycan

Xaosdan qələbəyə uzanan dövlətçilik yolu: Heydər Əliyevlə yenidən doğan və İlham Əliyevlə şanlı tarix yazan Azərbaycan

04.08.2026 [19:55]

Biz  şanlı və qədim tariximizin bütün  mərhələlərində qüruru, mübarizəsi və başıuca yaşamaq iradəsi ilə seçilən böyük bir xalqın övladlarıyıq. Çünki, yurdumuz darda olanda bir an belə tərəddüd etmədən, sinəsini sipər etməyi şərəf bilən bir millətik. Lakin keçmişə nəzər salanda görürük ki, bu müqəddəs torpaq zaman-zaman ağır sınaqlara, parçalanmalara və işğallara məruz qalıb, həmvətənlərimiz amansız soyqırımı aktları ilə üzləşib. Çox da uzağa getmədən, son iki yüz illik tariximizə diqqət yetirsək, təkzibolunmaz faktlar hər birimizin ürək yarasına çevrilən reallıqları sübut edir. Xanlıqlar dövrünün pərakəndəliyi ölkəmizi hissələrə böldü və nəticədə torpaqlarımız Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə parçalandı. Araz çayı sadəcə torpaqlarımızı deyil, sanki canımızı ortadan böldü. Amma bütün bu coğrafi ayrılıqlara rəğmən, qəlbimizdəki milli birliyi, yurd sevgisini və soydaşlarımızla eyni olan amalı heç bir sərhəd xətti ilə ayıra bilmədilər. 

Bu parçalanmanın ardınca gələn dövrlərdə dövlətimizə qarşı gah terrorizm, gah radikalizm, gah da cəhalət toxumları ilə daxildən və xaricdən ağır zərbələr vuruldu. Azərbaycan Xalq Cümhuriyyəti böyük ideallarla müstəqil dövlət yaratsa da, o dövrün mürəkkəb şərtləri daxilində onu qorumaq gücündə olmadı və bu müstəqillik cəmi 23 ay yaşaya bildi. Amansızcasına baş verən işğallar dövründə milli dəyərlərimiz sıxışdırıldı, sürgünlər baş verdi və Zəngəzur, İrəvan, Göyçə, Dərbənd, Borçalı kimi tarixi torpaqlarımız böyük itkilərə və işğala məruz qaldı. Xarici siyasətdəki buraxılan səhvlər və strateji boşluqlar bizi bütövləşdirmək əvəzinə daha da parçaladı. O dövrlərdə nə xalqın inancını qoruyacaq məscidləri, nə milli maraqları müdafiə edəcək ordusu, nə də özünə xidmət edən iqtisadiyyatı vardı. Milli mədəniyyətimiz isə assimilyasiyaya uğrayaraq məhv olma təhlükəsi ilə üz-üzə idi. Vaxtilə bizdən olan bəzi rəhbərlər ya Leninin ideyalarına əl çalır, ya da Stalinin önündə papaq çıxarırdılar.  Hərçənd bu, dövrün amansız tələbi olsa da, onlar əfsus ki, öz ruhu ilə bizdən biri deyildilər.

Nə yaxşı ki, Uca Tanrı xalqımızın mənəvi varlığını bərpa etmək üçün qurucu, xilaskar olan Heydər Əliyev kimi dahi bir şəxsiyyəti bizə bəxş etdi. O, bizim içimizdən çıxan, Tanrının xalqımıza ən böyük hədiyyəsi idi və onun müdrik siyasəti düşmənlər üçün hər zaman göz dağına çevrildi. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması gələcək ordumuzun təməlini qoydu, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilməsi isə Azərbaycan ədəbiyyatına və mənəviyyatına verilən ən böyük dəyər oldu. 1978-ci ildə Azərbaycan dilinin rəsmi olaraq dövlət dili elan edilməsi milli təhlükəsizliyimizə və kimliyimizə verilmiş ən böyük töhfə idi. Heydər Əliyev dühası neçə-neçə günahsız şəxsi təqiblərdən və həbsdən azad etdi, iki yüz ildən çoxdur davam edən işğal və parçalanma meyllərini qətiyyətlə dayandırdı. Onun rəhbərliyi ilə Azərbaycan dünyaya sürətlə inteqrasiya etdi və imzalanan tarixi neft kontraktları bu gün də enerji və iqtisadi təhlükəsizliyimizin ən böyük qarantı rolunu oynayır. Bu müdrik strategiya sayəsində ölkədəki radikal qüvvələr, dövlət içində dövlət yaratmaq istəyən separatçı meyillər tamamilə məhv edildi, bütün etnik qruplar bir bayraq və bir dövlət adı altında sülh, harmoniya şəraitində yaşamağa başladı.

Bu gün ölkəmizdə demokratik dəyərlərin göstəricisi olan söz azadlığı, güclü qanunvericilik bazası və vaxtilə öz inancını sərbəst yaşaya bilməyən xalqın azad ibadət edə bildiyi möhtəşəm ziyarətgahlar mövcuddur. Bu müdrik dövlətçilik kursunu yeni əsrdə ən layiqli şəkildə davam etdirən şəxs isə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir. O, özünün bənzərsiz siyasəti və yenilməz ordusu ilə əsrlər boyu yadellilərin gözü olan, Azərbaycanın döyünən ürəyi Qarabağı və ətrafındakı yeddi rayonu işğaldan azad edərək xalqımıza unudulmaz Zəfər Zirvəsini bəxş etdi. Vaxtilə bütün yeraltı və yerüstü sərvətləri xaricə daşınan, talan edilən Qarabağımızın bağlarında bu gün yenidən bar verən ağacların meyvələrini vaxtilə haqsızlığa uğramış ulu babalarımızın nəvə və nəticələri dadır. Müzəffər tarixi Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə gənclərimizin sağlam və səmərəli yetişməsi üçün onlarla müasir idman kompleksi, yüzlərlə, minlərlə idman məktəbləri və müəssisələri fəaliyyət göstərir ki, bu da gələcəyimizə qoyulan ən böyük sərmayədir. Dörd bir tərəfimizdə qlobal və regional geosiyasi, geoiqtisadi fəlakətlərin, müharibələrin yaşandığı bir dövrdə Azərbaycanda sarsılmaz sabitliyin və daxili təhlükəsizliyin hökm sürməsi dövlət başçımızın yorulmaz fəaliyyətinin nəticəsidir və buna görə hər birimiz güclü Liderimizə minnətdar olmalıyıq. Bütün bu reallıqları, qazanılan tarixi qələbələri və milli intibahı görməzdən gəlmək, xaricdən durub dövlətçiliyə dil uzatmaq sadəcə nankorluq və nadanlıq deyil, birbaşa Vətənə və dövlətə qarşı ən ağır xəyanətdir.

Mən əminəm ki, bir gün bütün tarixçilər, siyasətçilər, analitiklər və ümumilikdə elm adamları və sıravi vətəndaşlar daha dəqiq başa düşəcək, həmçinin regionda və dünyada baş verən geosiyasi, geoiqtisadi prosesləri hərtərəfli təhlil və müqayisə edərək anlayacaq ki, dahi Heydər Əliyev uçuruma yuvarlanmaq təhükəsi qarşısında qalan Azərbaycanı necə böyük zəhmətlə, müdrik siyasətlə yenidən yaratdı, xalqı xilas yoluna çıxardı, Müzəffər tarixi Sərkərdəmiz İlham Əliyev isə bu müstəqil və təhlükələrdən yenicə xilas olmuş dövləti xəyal edilməyən ən uca zirvələrə, ərazi bütövlüyünü tam bərpa etmiş qüdrətli bir ölkə səviyyəsinə daşıdı. O, dünyada çox az liderə nəsib olan uzaqgörən və təmkinli bir diplomatiya yürüdərək, Azərbaycanı qlobal güclərin maraq toqquşması meydanından çıxarıb, beynəlxalq miqyasda sözükeçən, etibarlı və strateji bir tərəfdaşa çevirdi. Bu daxili və xarici siyasət sayəsində ölkəmiz həm regionun əsas geosiyasi mərkəzi statusunu qazandı, həm də dünyada öz milli maraqlarını qətiyyətlə qoruyan, müstəqil qərarlar alan nüfuzlu bir dövlət kimi qəbul olundu. Belə bir Liderlə eyni dövrdə yaşamaq və onun ali rəhbərliyi ilə qorunan güclü dövlətin vətəndaşı olmaq həqiqətən qürurvericidir!

Tural İsmayılov

YAP Yevlax rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31