/ / Avstriya nümayəndə heyəti ilə nəqliyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlıq müzakirə olunub
Avstriya nümayəndə heyəti ilə nəqliyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlıq müzakirə olunub
24.02.2018 [09:41]
Azərbaycan və Avstriya nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə İşçi Qrup yaradacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Avstriya Milli Şurasının (Parlament) turizm, ətraf mühit komitələrinin sədrləri, yüksək texnologiyalar, nəqliyyat sahələri üzrə rəsmi şəxslər və şirkət rəhbərləri daxildir.
Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib. Nazir Azərbaycanla Avstriya arasında bütün istiqamətlərdə genişlənən əməkdaşlıq əlaqələrinin nəqliyyat və yüksək texnologiyalar sahəsində də uğurla davam etdirildiyini vurğulayıb.
Ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafında qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri və perspektivlərdən də söz açıb.
Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini maraqla izlədiyini deyən Andreas Rayxhardt ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Baş katib ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat və İKT sektorunda da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, ölkəmizdə yaradılan sənaye zonalarının əhəmiyyətini vurğulayıb və bu sahədə əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Qarşılıqlı investisiya qoyuluşları, eyni zamanda, avstriyalı şirkətlərin iştirakı ilə biznes-forumun təşkilinin müzakirə olunduğu görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex də iştirak ediblər.
Sonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyi arasında anlaşma memorandumunun imzalanması, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə İşçi Qrupunun yaradılması qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26

