/ / Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni imkanlar açır
Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni imkanlar açır
19.01.2019 [10:16]
Ölkəmiz ötən illər ərzində dərin strateji diplomatiya siyasəti həyata keçirməklə problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirir. Bunun məntiqi nəticəsi kimi, respublikamızın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Azərbaycanın xarici siyasəti dinamik və praqmatik xarakter daşıyır, ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Xüsusilə Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər.
Digər tərəfdən, Cənubi Qafqaz regionunun lider dövləti olan, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Eyni zamanda, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Bütövlükdə, Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Azərbaycan beynəlxalq səviyyədə strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir. Beləliklə də, Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir.
Bu məqamda vurğulayaq ki, Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərə də mühüm yer verilir. Daha dəqiq desək, bu gün ölkəmiz işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksək əlaqələrə malikdir. Buna misal olaraq xatıqladaq ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir. Azərbaycan eyni zamanda qonşu İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Onu da qeyd edək ki, Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmayaraq, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirib.
Türkiyəyə gəlincə isə, Azərbaycan müstəqillik illərində qardaş ölkə ilə münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail olub, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da intensivləşməsi “bir millət, iki dövlət” şüarına yeni məzmun gətirib. Eyni zamanda, ölkəmiz Gürcüstanla da strateji tərəfdaşlıq əlaqələri qurub, həyata keçirilən transmilli layihələr qonşu ölkənin inkişafı, təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktora çevrilib.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan region ölkələri ilə əlaqələrini inkişaf etdirməklə, bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verib və bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib. Xüsusilə qeyd edək ki, ötən 15 il ərzində uğurla reallaşdırılan siyasət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə əlaqədar bölgədə yeni reallığın yaranmasına səbəb olub. Məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli Azərbaycan xarici siyasətinin əsas prioriteti olmaqla bərabər, ölkəmizin ərazi bütövlüyünün bərpa və sərhəd toxunulmazlığının təmin olunmasını milli diplomatiyamız qarşısında məqsəd kimi müəyyənləşdirir. Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə ilk növbədə problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub. Bu şərtlərin formalaşdırılması isə mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub. İlk növbədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikinci isə regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib.
Məhz bunun nəticəsində, daha doğrusu Azərbaycanın inkişafı və beynəlxalq əməkdaşlığını daha da inkişaf etdirməsinin fonunda işğalçı Ermənistan öz ənənəvi tərəfdaşlarını itirməsi, küncə sıxılması, sosial və iqtisadi kataklizmlər yaşaması ilə diqqəti cəlb edir. Bir sözlə görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

