Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaxda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir

Qaxda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir

29.10.2009 [10:10]

112 saylı Qax seçki dairəsində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Təqvim planı”na uyğun davam etdirilir. Dairə Seçki Komissiyasının sədri Abdukərim Əliyevin verdiyi məlumata görə, builki seçkilərdə dairə üzrə 20 bələdiyyəyə 182 nəfər bələdiyyə üzvü seçiləcək. Oktyabrın 27-dək 299 nəfərə imza vərəqələri verilib. Onlardan 57 nəfəri qadın, 60 nəfəri gənc, 158 nəfəri ali təhsillidir. İmza vərəqələri almış vətəndaşların 174-ü Yeni Azərbaycan Partiyasını təmsil edir, 116-nəfəri bitərəfdir, qalanları isə Ana Vətən, Vətəndaş Həmrəyliyi, Sosial-Rifah və digər partiyaları təmsil edirlər. Onlardan 128 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini artıq Dairə Seçki Komissiyasına təqdim ediblər.
Hazırda seçki dairəsi üzrə 54 seçki məntəqəsində seçici siyahılarının dəqiqləşdirilməsi işi aparılır. Bu proses noyabrın 5-dək davam edəcək. Dəqiqləşdirilmiş son siyahılara görə dairə üzrə seçicilərin ümumi sayı 38764 nəfərdir.

Paylaş:
Baxılıb: 1265 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31