Sumqayıt müasir Azərbaycanın inkişaf nümunəsidir
19.11.2009 [09:37]
Respublikanın böyük sənaye şəhəri olan Sumqayıtın yaranmasından 60 il ötür. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 aprel 2009-cu il tarixli “Sumqayıt şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilən, iri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması nəticəsində mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verilən Sumqayıt şəhəri müstəqilliyimizin bərpası ilə öz tarixinin yeni mərhələsinə qədəm qoyub. ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna daim sadiqlik nümayiş etdirən, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətlərlə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir. Sərəncama əsasən Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhərin 60 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb.
Beləliklə, dünən Sumqayıt şəhərinin 60 illik yubileyi ilə bağlı geniş bayram tədbiri keçirilib. Tədbir iştirakçıları, şəhər rəhbərliyi və şəhər sakinləri öncə Ulu öndər Heydər Əliyevin Sumqayıtdakı abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Daha sonra tədbir şəhərin müxtəlif yerlərində davam edib.
Sumqayıt şəhərinin rəmzi sayılan “Sülh göyərçini” abidəsinin önündə keçirilən tədbir proqramında çıxış edən Fikrət Əmirov adına musiqi məktəbinin şagirdləri Sumqayıtla bağlı musiqi parçaları ifa ediblər. Bundan əlavə, 3-cü mikrorayon parkında və “Lyüdviqshafen” parkında Qara Qarayev adına musiqi məktəbinin, Sumqayıt şəhər musiqi texnikumunun tələbələri musiqi proqramları ilə çıxış ediblər. Daha sonra “Heydər Əliyev” parkında geniş bayram tədbiri keçirilib. İlk olaraq Sumqayıt şəhərinin salınmasında iştirak edən Sosialist Əməyi Qəhrəmanı, kimyaçı Dadaş Dadaşov və “Şöhrət” ordenli inşaatçı Gülbahar Vəliyeva şəhərin rəmzi açarını şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevə təqdim ediblər. Rəmzi açarın təqdimolunma mərasimində çıxış edən İcra Hakimiyyəti başçısı Vaqif Əliyev şəhərin yaranma və inkişaf tarixindən danışıb. V.Əliyev vurğulayıb ki, Sumqayıt sənaye şəhəri kimi Azərbaycanın inkişafına öz töhfələrini verib. Sumqayıtın 60 illik tarixinin 40 ilinin ümummilli lider Heydər Əliyevlə bağlı olduğunu bildirən V.Əliyev bu dövrdə Ulu öndərin Sumqayıta 16 dəfə səfər etdiyini vurğulayıb: “ümummilli liderimiz Heydər Əliyev hər zaman Sumqayıtın problemləri ilə yaxından tanış olurdu, bu problemlərin həllinə yaxından kömək göstərirdi. Məhz bu qayğı nəticəsində Sumqayıt cəmi 60 ildə böyük bir yol keçdi. ümummilli lider Heydər Əliyevin 2003-cü ilin aprelində Sumqayıta son səfəri şəhərimizin həyatında əsaslı dönüş nöqtəsinə çevrildi və həmin səfər zamanı dahi şəxsiyyət tərəfindən verilən tapşırıqlar nəticəsində şəhərimiz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanda gedən yenidənqurma və abadlaşdırma işləri Sumqayıtda da yüksək səviyyədə aparılır. Yeni müəssisələr tikilir, parklar salınır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yüksək diqqət və qayğısı nəticəsində şəhərimiz günü-gündən gözəlləşir, abadlaşır, inkişaf edir. Hörmətli Prezidentimiz bu il Sumqayıtın 60 illik yubileyinin qeyd olunması üçün xüsusi Sərəncam imzalayıb. Bu Sərəncam möhtərəm Prezidentimizin şəhərimizə xüsusi diqqətinin nümunəsidir. Mən bir daha bütün şəhər sakinləri adından hörmətli Prezidentimiz İlham Əliyev cənablarına öz təşəkkürümü bildirirəm”.
Tədbir “Heydər Əliyev” parkında xalq gəzintisi ilə davam edib. Gəzinti zamanı bayram iştirakçıları şəhərin müxtəlif müəssisələrinin məhsullarından ibarət sərgi ilə də tanış olublar. ümumşəhər bayram şənliyi bədii hissə ilə davam etdirilib.
Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət sarayında isə rəsmi bayram tədbiri baş tutub. Tədbir iştirakçıları Mədəniyyət sarayının foyesində təşkil olunan sərgi ilə tanış olublar. Sərgidə şəhərin tarixi ilə bağlı, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıta səfərlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Daha sonra tədbir iştirakçılarına Sumqayıtla bağlı film göstərilib. çıxış edən İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev son illərdə şəhərdə aparılan abadlıq işləri ilə bağlı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində şəhərdə yüksək səviyyədə abadlıq, quruculuq işləri görülüb. Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkəmizin son illərdə iqtisadi artım üzrə dünyada lider dövlətə çevrildiyini önə çəkən V.Əliyev bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-cü ildən bəri uğurla davam etdirildiyini söyləyib: “ölkəmizdə bütün sahələrdə aparılan irimiqyaslı iqtisadi islahatlar, qazanılan uğurlar gənclik şəhəri Sumqayıtın da hərtərəfli və dinamik inkişafına geniş imkanlar yaradıb. Şəhər sakinlərinin bütün təbəqələrinin rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə, infrastrukturun təkmilləşdirilməsinə yönəldilmiş bütün layihələr ölkə Prezidentinin Sumqayıta olan xüsusi diqqət və qayğısı nəticəsində öz həllini tapıb və bu istiqamətdə bir çox işlər uğurla davam etdirilir. ölkə başçımız Sumqayıta son səfəri zamanı şəhərimizin günü-gündən abadlaşdığını, inkişaf etdiyini və onun gözəl və müasir bir sənaye şəhərinə çevriləcəyinə əminliyini vurğulayıb”.
çıxış edən Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli gənclik şəhəri Sumqayıtın quruculuq-abadlıq işlərinin yüksək səviyyədə aparıldığını önə çəkib. Onun sözlərinə görə, dövlətimiz hər zaman böyük sənaye şəhəri olan Sumqayıtın problemlərinin həllinə diqqət göstərib. ümummilli lider Heydər Əliyevin xüsusi səyi nəticəsində Sumqayıtda ekoloji tarazlıq bərpa olunub və şəhər müasir standartlara uyğun şəkildə abadlaşdırılıb.
Prezident təqaüdçüsü Zərifə Təhməzova, “Şöhrət” ordenli Ofeliya Babayeva, Əməkdar həkim Nail Tağıyev də öz çıxışlarında şəhərin bütün sahələrinin paralel inkişaf etdirilməsindən söz açıblar. Natiqlər şəhərin təhsil, səhiyyə, inşaat və digər sahələrindəki irəliləyişləri vurğulayıblar.
Tədbir Səməd Vurğun adına Mədəniyyət sarayının önündəki parkda geniş bayram konserti ilə yekunlaşıb.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

