Ölkə vətəndaşları növbəti beş ildə də cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər
02.07.2013 [02:41]
Əli Əhmədov: Ötən dövrlərdə görülən işlərə qiymət verməklə yanaşı, insanların düşüncəsi bundan ibarətdir ki, ölkəmizin gələcək inkişaf perspektivləri Prezident İlham Əliyevin siyasəti ilə əlaqədardır
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Nəsimi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirib. İlk partiya təşkilatlarının rəhbərləri ilə görüşlərin mütəmadi olaraq keçirildiyini deyən Əli Əhmədov bu görüşlərin qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olduğunu bildirib. YAP İcra katibi vurğulayıb ki, bu cür görüşlərin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsinə ilk təşkilatlarımızı və onların rəhbərlərini səfərbər etməkdir.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı şəkildə qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır: “Məhz bu siyasətin nəticəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 il ərzində böyük inkişaf mərhələsi keçib. Əlbəttə ki, bu inkişafın kökündə dayanan həqiqət Heydər Əliyev ideyaları ilə əlaqədardır. Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır və bu ideyalar əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. Eyni zamanda, 10 ilə yaxındır ki, Azərbaycanda Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu illər ərzində Azərbaycanda əsası vaxtilə Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf və tərəqqi əldə edilib”.
Bütün vətəndaşların ölkəmizin inkişafının canlı şahidləri olduğunu deyən YAP İcra katibi qeyd edib ki, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın modernləşmə xəttinin uğurla həyata keçirilməsi, ölkəmizin simasının dəyişdirilməsi, mənəvi sahədə olan yüksəlişlər, dövlətimizin dünya birliyində mövqeyinin möhkəmlənməsi, regionda lider dövlətə çevrilməsi və digər amillərin hamısı kompleks şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləridir. “Beləliklə də, əzəmətli və möhtəşəm inkişaf mənzərəsi gözümüzün qarşısında canlanır. 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatının başlıca mənzərəsi bu göstəricilərdən ibarətdir. Təbii ki, bu, Azərbaycanın inkişafının davamlı olmasından xəbər verir. Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb. Bu ümumi mənzərə seçkilər dövründə Azərbaycan vətəndaşlarının əhval-ruhiyəsini müəyyənləşdirib. Bu mənada növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir. Ötən dövrlərdə görülən işlərə qiymət verməklə yanaşı, insanların düşüncəsi bundan ibarətdir ki, ölkəmizin gələcək inkişaf perspektivləri də Prezident İlham Əliyevin siyasəti ilə əlaqədardır. Məhz buna görə də, ölkə vətəndaşları növbəti beş ildə də cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Seçkiöncəsi ovqatın məhz bu amillər əsasında köklənməsinin səbəbləri haqqında danışan Əli Əhmədov deyib ki, bu, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında 10 il ərzində həyata keçirilən böyük işlər və onların nəticələrinə Azərbaycan vətəndaşlarının verdiyi qiymətlə əlaqədardır. Onun sözlərinə görə, insanlar Prezident İlham Əliyevin rəhbərliyi altında bu illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini birmənalı şəkildə etiraf edirlər: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində keçirilən bütün seçkilərdə uğurlar qazanıb və böyük seçki kampaniyasını yüksək səviyyədə keçirməkdən ibarət olan zəngin təcrübə toplayıbdır. Bir çox həlledici səbəblərlə yanaşı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının bütövlükdə mənimsədiyi böyük və zəngin təcrübə seçki kampaniyasının yüksək səviyyədə keçirilməsinə inamımızı artırır. Hər birinizə məlum olduğu kimi, Azərbaycan cəmiyyətinin seçkiqabağı ovqatı Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə müəyyənləşibdir. Əslində, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan cəmiyyətinin rəyinin ifadəsi idi. Eyni zamanda, bu, bütün Azərbaycan xalqının və Azərbaycan vətəndaşlarının seçkiöncəsi ovqatını əks etdirir. Partiyamızı seçkiqabağı bu mühit qane edir”.
Əli Əhmədov bildirib ki, YAP-ın hər bir fəal üzvü, o cümlədən, ilk partiya təşkilatlarının sədrləri qarşısında duran önəmli vəzifələri dərk edirlər, həmin vəzifələrin yerinə yetirilməsinə kifayət qədər məsuliyyətlə yanaşırlar. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur, üstün mövqeyini qoruyub saxlayır. Partiyamız Prezidentimizin rəhbərliyi ilə, insanlarımızın yüksək fəallığı şəraitində əldə olunan nailiyyətlərə özünün əhəmiyyətli töhfəsini verir. Əli Əhmədov deyib ki, YAP seçkilər ilində partiyamızın bütün üzvlərinin, yerli strukturlarının yaxından və fəal iştirakının təmin edilməsi kimi çox məsuliyyətli vəzifəni öz qarşısına qoyub: “Partiyamız fəaliyyət göstərdiyi 20 ildən artıq bir müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və bunun çox vacib göstəricilərindən biri Azərbaycanda keçirilən bütün seçkilərdə qələbə qazanmasında ifadə olunur”.
YAP Sədrinin müavini bildirib ki, partiyanın 7 mindən çox ilk təşkilatları var. Bunun böyük güc olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, seçki dövründə ilk təşkilatlar elektoratla fəal işləməlidirlər. O, seçki kampaniyasında gənclərin və qadınların da potensialından səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıb.
Əli Əhmədov seçki prosesi ilə əlaqədar ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verib.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı və Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34

